July 2022
·
222 Reads
·
2 Citations
Məqalədə, Azərbaycan palçıq vulkanlarının intişar tapdığı sahələrin geoloji, dərinlik-stratiqrafik, tektonik səciyyələri ilə bərabər, onların daxili quruluşları, püskürmələri haqqında seysmik stansiyaların qeydləri, həmçinin süxur tullantılarının vizual və geokimyəvi xarakteristikaları araşdırılır. Kompleks məlumatlar əsasında vulkan köklərinin maksimal dərinliyinin Təbaşir və Eosen yaşlı çöküntülər yerləşən intervallarla mümkün assosiasiyaları korrelyasiya olunur. Şıxzərlinin Üst Maykop yaşlı kəsilişindən götürülən yanar şistdən reper kimi istifadə edilməklə, vulkan tullantılarının zəngin üzvi maddə saxlayan (> 8 %), lakin geoloji yaşları mübahisə doğuran şistli süxurlarının üzvi-geokimyəvi göstəriciləri, tərkiblərində adsorbsiya sularının miqdarca paylanması və paleohövzə əmələgəlmə şəraitləri müqayisəli şəkildə öyrənilmiş, nəticə etibarı ilə onların Üst Maykopa və Orta Eosenə bağlılıqları ilə əlaqədar geoloji qanunauyğunluq müəyyənləşdirilir.