ArticlePDF Available

ИСТОРИКО-ПОЛИТИЧЕСКИЙ АНАЛИЗ СОБЫТИЙ В КАСПИЙСКОМ РЕГИОНЕ: В КОНТЕКСТЕ ФОРМИРОВАНИЯ НОВОГО МИРОПОРЯДКА

Authors:

Abstract

В статье исследуется основные моменты проблем, касающихся борьбы и сотрудничества больших мировых держав, транснациональных сил и местных государств региона в Каспийском бассейне. Подчеркиваются место и роль этого стратегически важного региона в формировании нового мирового порядка.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI
ELMİ ƏSƏRLƏR
2021, №1 (82)
1947-Cİ İLDƏN NƏŞR OLUNUR
1947-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına
Tarix İnstitutunun Elmi Əsərləri adı ilə nəşr olunmuşdur
BAKI 2021
Azərbaycan Milli Elmlər Akademiyası
A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur
Baş redaktor:
Kərim Şükürov
tarix elmləri doktoru, professor
Redaksiya heyəti:
Azərbaycan
Nərgiz Axundova AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor
İradə Bağırova tarix elmləri doktoru, professor (baş redaktorun müavini)
Allahverdi Əlimirzəyev tarix üzrə fəlsəfə doktoru, dosent
Mais Əmrahov tarix elmləri doktoru, professor
Şahin Fərzəliyev tarix elmləri doktoru, professor
İsmayıl Hacıyev AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor
Hacı Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent
Ədalət Qasımov tarix elmləri doktoru, dosent
Yaqub Mahmudov AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor
Nigar Maksvell tarix üzrə fəlsəfə doktoru, dosent
Tofiq Mustafazadə tarix elmləri doktoru, professor
Tofiq Nəcəfli tarix elmləri doktoru, dosent
Güntəkin Nəcəfli tarix üzrə fəlsəfə doktoru, dosent
İlqar Niftəliyev tarix üzrə fəlsəfə doktoru, dosent
Nailə Vəlixanlı AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru
Xarici ölkələrdən
Van Chaoquanq tarix elmləri doktoru, professor (Çin)
Arşi Xan tarix elmləri doktoru, professor (Hindistan)
Pyotr İsgəndərov tarix üzrə fəlsəfə doktoru (Rusiya)
Sergey Karpov Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmri doktoru,
professor
Andrey Kudryachenko Ukrayna Milli Elmlər Akademiyasının həqiqi üzvü
Kahramon Rajabov tarix elmləri doktoru, professor (Özbəkistan)
Kipke Rudiger professor (Almaniya)
Piotr Taraxa tarix elmləri doktoru, professor (Polşa)
Con Vuds tarix elmləri doktoru, professor (ABŞ)
Selma Yel tarix elmləri doktoru, professor (Türkiyə)
Hakan Yılmaz (Türkiyə)
Elmira Zulpıxarova tarix elmləri doktoru, professor (Qazaxıstan)
Məsul katib:
Ellada Bəkirova
tarix üzrə fəlsəfə doktoru
AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES
A.A. BAKIKHANOV INSTITUTE OF HISTORY
AZERBAIJAN HISTORIOGRAPHY
SCIENTIFIC WORKS
2021, 1(82)
PUBLISHED SINCE 1947
In 1947-2020, was published as “Scientific works” of A.A.Bakikhanov Institute of History
of the Azerbaijan National Academy of Sciences
BAKU - 2021
Published by the decision of the Scientific Council of A.A. Bakikhanov Institute of
History of Azerbaijan National Academy of Sciences
Editor-in-Chief:
Kerim Shukurov
Doctor of historical sciences, professor,
Editorial board:
Azerbaijan
Nargiz Akhundova full member of ANAS, Doctor of Historical Sciences, professor;
Irada Bagirova Doctor of Historical Sciences, Professor (Deputy Editor-in-Chief);
Allahverdi Alimirzayev Doctor of Philosophy in history, associate professor;
Mais Amrahov Doctor of Historical Sciences, professor;
Shahin Farzaliyev Doctor of Historical Sciences, Professor;
Ismail Hajiyev full member of ANAS, Doctor of Historical Sciences, professor;
Haji Hasanov Doctor of Philosophy in history, associate professor;
Adalat Gasimov Doctor of Historical Sciences, associate professor;
Yagub Mahmudov full member of ANAS, Doctor of Historical Sciences, professor;
Nigar Maxwell Doctor of Philosophy in history, associate professor;
Tofig Mustafazadeh Doctor of Historical Sciences, professor;
Tofig Najafli Doctor of Historical Sciences, associate professor;
Guntekin Najafli Doctor of Philosophy in history, associate professor;
Ilgar Niftaliyev Doctor of Philosophy in history, associate professor;
Naila Velikhanli full member of ANAS, Doctor of Historical Sciences.
From foreign countries
Van Chaoquang Doctor of Historical Sciences, professor (China);
Arshi Khan Doctor of Historical Sciences, professor (India);
Pyotr Isgandarov Doctor of Philosophy in history, (Russia);
Sergey Karpov Full member of the Academy of Sciences of Russia, Doctor of Histori-
cal Sciences, professor;
Andrey Kudryachenko full member of the National Academy of Sciences of Ukraine;
Kahramon Rajabov Doctor of Historical Sciences, professor (Uzbekistan);
Kipke Rudiger professor (Germany);
Piotr Taracha Doctor of Historical Sciences, professor (Poland);
John Woods Doctor of Historical Sciences, professor (USA);
Selma Yel Doctor of Historical Sciences, professor (Turkey);
Hakan Yilmaz (Turkey);
Elmira Zulpikharova Doctor of Historical Sciences, professor (Qazaxıstan).
Executive Secretary:
Ellada Bekirova
Doctor of Philosophy in history
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
M ÜN D Ə R İ CA T CO N TE NS
M ƏQ A L Ə L ƏR A RT I C LE S
AZƏRBAYCAN TARİXİ HISTORY OF AZERBAIJAN
Mahir İbrahimov (Bakı)
Xəzər regionunda cərəyan edən hadisələrin
tarixi-siyasi təhlili yeni dünya düzəninin
formalaşması kontekstində
7
Fəxri Valehoğlu (Bakı)
1917-1918-ci illərdə Cavaxetdə türk-
müsəlman
əhaliyə qarşı soyqırım və nəticələri
27
Aygün Əzimova (Bakı)
Azərbaycanda siyasi qüvvələrin mübarizəsi
və kəndli amili (fevral 1917 may 1918)
57
Şövkət Pənahova (Bakı)
17 Oktyabr manifesti və anadilli mətbuatın
inkişafı
85
Elçin Cabbarov (Bakı)
Şimali Azərbaycanda erməni terrorunun
yayılmasında ermənilərin köçürülməsi
siyasətinin rolu (1813-1907)
96
Aysel Sadıqova (Bakı)
Qarabağın Xaçın məlikliyi: tarixi reallıq
mahiyyəti
114
Ellada Bəkirova (Bakı)
Albaniya tarixinin bəzi elmi-nəzəri
problemləri
127
Selcan Məmmədzadə (Bakı)
Urmiya hövzəsi Urartunun işğal siyasətində:
yeni torpaqlar və yeni nəzarət-dayaq
məntəqələri
148
QƏDİM ŞƏRQ TARİXİ ANCIENT EASTERN HISTORY
Əsmər Göyüşova (Bakı)
Urartu dövlətinin sərhəd problemləri qərb
tarixşünaslığında
158
ÜMUMİ TARİX – GENERAL HISTORY
Sevinc Rəhimova (Bakı)
Ermənistanda Sovet hakimiyyətinin
qurulmasında RK(b)P-nin Qafqaz
bürosunun rolu
166
Хаджар Вердиева (Баку)
Армяно-григорианская церковь: история
на матрице истины
179
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
6
BEYNƏLXALQ MÜNASİBƏTLƏR INTERNATIONAL RELATIONS
Məleykə Adıgözəlova (Bakı)
İkinci İraq böhranı kontekstində ABŞ-
Suriya münasibətlərinin bəzi aspektləri
187
SİYASƏT TARİXİ HISTORY OF POLITICS
Günel Məlikli (Bakı)
Siyasətin formalaşması və tarixi inkişafı
198
RESENZİYALAR- REVIEWS
Selma Yel (Ankara)
Kafkasya’nın yükselen yıldızı İlham Aliyev
döneminde Azerbaycan
209
Марзия Искендерова
(Баку)
Россия и Азербайджанские ханства во
второй половине XVIII нач. XIX веков.
1751-1775 гг. (Сборник документов),
Баку, 2018; Россия и Азербайджанские
ханства во второй половине XVIII нач.
XIX веков. 1776 1800гг. (Сборник до-
кументов). Баку, 2020.
217
Ahmad Guliyev (Baku)
Tofig Najafli. The foreign policy of Azer-
baijani Safavid state (in Turkish historiog-
raphy), Baku: Turkhan NPB”, 2020, 520
pp.
223
Nəşr olunan materialların AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun, həmçinin
redaksiya heyətinin nöqteyi-nəzərini əks etdirməsi məcburi deyil. Məqalələrdə göstərilən
məlumatların dəqiqlik doğruluğuna əlliflər məsuliyyət daşıyır. Müvafiq eksper-
tizadan və Tarix İnstitutunun Elmi Şurasından keçən məqalələr nəşr üçün qəbul edilir.
Redaksiyanın ünvanı
AZ1143, Bakı şəhəri, H.Cavid Pr., 115
AMEA-nın binası – 6-cı mərtəbə
e-mail: azerbaijan.historigraphy@gmail.com
© AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, 2021
7
M ƏQ A L Ə L ƏR - AR T I CL ES
AZƏRBAYCAN TARİXİ – HISTORY OF AZERBAIJAN
XƏZƏR REGİONUNDA CƏRƏYAN EDƏN HADİSƏLƏRİN TARİXİ-SİYASİ
TƏHLİLİ YENİ DÜNYA DÜZƏNİNİN FORMALAŞMASI KONTEKSTİNDƏ
©2021 MAHİR İBRAHİMOV*
*AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu
ORCID: 0000-0003-3559-8842; mahir.ibrahimov1969@gmail.com
Xülasə: Məqalədə böyük dünya dövlətlərinin, transmilli güclərin regionun
bölgə dövlətlərinin Xəzər hövzəsində mübarizəsinə əməkdaşlığına aid başlıca
məqamlar tədqiq olunur. Bu strateji cəhətdən vacib regionun yeni dünya nizamının
formalaşmasında yeri rolu işıqlandırılır.
Açar sözlər: Xəzər hövzəsi; iqtisadi layihələr; transmilli şirtlər; geosiyasi
proseslər; bir kəmər bir yol; region ölkələri.
HISTORICAL AND POLITICAL ANALYSIS OF EVENTS OCCURRING IN THE
CASPIAN REGION IN THE CONTEXT OF FORMATION OF A NEW WORLD
ORDER
©2021 MAHIR IBRAHIMOV*
*A.A. Bakikhanov Institute of History, ANAS
ORCID: 0000-0003-3559-8842; mahir.ibrahimov1969@gmail.com
Abstract: The article analyzes the main issues related to the struggle and coop-
eration of big world powers, transnational forces and the regional local states in the
Caspian Basin. The place and role of this strategically important region in the for-
mation of a new world order are emphasized.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
8
Keywords: Caspian Basin; economic projects; transnational companies; geo-
political processes; a belt a way; regional countries.
ИСТОРИКО-ПОЛИТИЧЕСКИЙ АНАЛИЗ СОБЫТИЙ В КАСПИЙСКОМ
РЕГИОНЕ: В КОНТЕКСТЕ ФОРМИРОВАНИЯ НОВОГО МИРОПОРЯДКА
©2021 МАХИР ИБРАГИМОВ*
*Институт Истории им. А.А.Бакиханова НАНА
ORCID: 0000-0003-3559-8842; mahir.ibrahimov1969@gmail.com
Резюме: В статье исследуется основные моменты проблем, касающихся
борьбы и сотрудничества больших мировых держав, транснациональных сил и
местных государств региона в Каспийском бассейне. Подчеркиваются место и
роль этого стратегически важного региона в формировании нового мирового
порядка.
Ключевые слова: Каспийский бассейн; экономические проекты; трансна-
циональные компании; геополитические процессы; пояс-путь; региональные
страны.
Giriş
XX əsrin son onilliyində və XXI əsrin başlanğıcından beynəlxalq münasibətlər
sistemində baş vermiş ciddi dəyişikliklər nəticəsində yeni siyasi-iqtisadi durumun
əyyənləşməsində Qərbin böyük dövlətlərinin mövqeyi fəal xarici siyasəti əsas
amillərdən biri kimi ön plana çıxdı. Belə bir şəraitdə Mərkəzi Asiyadan keçərək Şərqlə,
Qafqazdan keçərək Qərblə, İrandan keçərək Cənubla, Rusiya və slavyan regionlarından
keçərək Şimalla əlaqələrin qurulmasında mühüm rol oynayan ngin karbohidrogen
ehtiyatlarına malik zər dənizi və Cənubi Qafqaz yenidən öz əhəmiyyətinə görə
dünyada rkəzi yerlərdən birini tutdu. Özünün xüsusi geosiyasi, geostrateji və
geoiqtisadi xarakterinə görə seçilən bu bölgə XVIII əsrdən başlayaraq Çar Rusiyası və
Osmanlı dövlətinin, XX əsrin əvvəllərində Avropa imperiyalarının ABŞ-ın, SSRİ
dağılandan sonra isə bütün transmilli qlobal dünyanın diqqətini daima cəlb edib.
Məlumdur ki, çar Dəli Pyotr tərəfindən işğalının əsası qoyulan zər dənizi və Cənubi
Qafqaz Sovetlər Birliyinin süqutuna dər müxtəlif adlarla mövcud olan Rusiya
imperiyasının tərkibində olmuşdu.
Qeyd edildiyi kimi, ötən əsrin sonlarına yaxın dünya kommunist sisteminin dərin
böhranı, Rusiya prezidenti Vladimir Putinin təbirincə desək, XX əsrin geosiyasi
MAHİR İBRAHİMOV XƏZƏR REGİONUNDA CƏRƏYAN EDƏN...
9
fəlakətinə SSRİ-nin və bütövlükdə Varşava müqaviləsinin dağılmasına gətirib çıxardı
1
.
Xüsusilə Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni müstəqil dövlətlərin meydana
gəlməsi Rusiyanın cənub-şərq sərhədlərini şimala doğru min kilometrdən çox məsafəyə
geri çəkdi ki, bu da keçmiş Sovet İttifaqının ərazisində geosiyasi şəraiti kökündən
dəyişmiş oldu. Nəticədə, Rusiyanın özü faktiki olaraq XVII əsrdəki sərhədlərinə qayıtmış
oldu. Lakin, Rusiya eyni zamanda, özünün iqtisadi və hərbi potensialı sayəsində
postsovet məkanında tam olmasa da, əyyən dərəcədə nüfuzunu qoruyub saxlaya bildi.
Son nəticədə bölgə müasir dövrdə yeni dünya nizamının formalaşması prosesində
“atlantizmlə” “avrasiyaçılığın” geosiyasi qarşıdurmasında əsas mübarizə meydanlarından
birinə çevrildi.
Xəzər hövzəsində Rusiya və Qərbin mövcud maraqları ilə yanaşı, digər regional
böyük kiçik ölkələrin milli maraqlarını da unutmaq olmaz. Bunların sırasına dörd
Xəzər hövzəsi ölkələrini Azərbaycanı, Qazaxıstanı, Türkmənistanı, İranı, ayrıca,
bölgənin əsas geosiyasi oyunçusu hesab olunan Türkiyəni, habelə “bir mər, bir yol”
təşəbbüsü ilə çıxış edən Çini və Cənubi Qafqazda xüsusi strateji coğrafi ərazisi ilə seçilən
Gürcüstanı qeyd etmək olar. Bölgəyə yönələn əsas maraqlar da bəllidir: zəngin kar-
bohidrogen ehtiyatları və alternativ ticarət yolları. Əsas qamlardan biri də budur ki,
dünyanın Xəzər hövzəsinin təbii ehtiyatlarının cmi haqda beynəlxalq, regional və
milli mənbələrdə səsləndirilən rəqəmlər də bir-birindən xeyli fərqlənir. Ehtimal var ki, bu
fərqlər də əyyən geosiyasi və geoiqtisadi amillərin təsiri ilə formalaşır. Hazırda dünya
geosiyasətinin və geoiqtisadiyyatının ən aktual mövzularından biri zər hövzəsinin
zəngin karbohidrogen yataqlarının azad açıq qabət şəraitində işlənməsi, dünyanın
artan enerji tələbatına cəlb edilməsi və bu məhsullar hesabına Avropa enerji bazarlarında
Rusiyanın monopolist mövqelərinin qismən zəiflədilməsidir.
Xəzər hövzəsinin əhəmiyyətli geosiyasi xarakteristikası, dünya siyasətində oyna-
dığı rol haqqında bütün dövrlərdə orta əsrlərdən başlamış günümüzə qədər müxtəlif
tədqiqatçılar və politoloqlar çoxsaylı elmi-siyasi araşdırmalar aparmış, cild-cild kitablar
yazmış və çoxsaylı geosiyasi xəritələr tərtib etmişlər. Anqlo-saks geosiyasi məktəbinin
əsas yaradıcılarından hesab olunan Helford Con Makkinder (1861-1947) “Tarixin coğrafi
oxu” əsərində Xəzər, Qara, Aralıq, Qırmızı kimi dənizləri və Fars körfəzi də daxil
olmaqla beşbucaq təşkil edən bu bölgəni “beş dəniz” adlandırmış və onun geosiyasi
funksional əhəmiyyətə malik olduğunu vurğulamışdır. Müasir Qərb politoloqları isə öz
əsərlərində bu bölgəyə müxtəlif kombinasiyalarda “Yeni Yaxın Şərq”, “Böyük Yaxın
Şərq”, “Böyük Orta Şərq”, “Avrasiya Balkanları” adları vermiş və sözügedən bölgəni
daha geniş geosiyasi müstəvidə nəzərdən keçirməyə çalışmışlar. Unutmaq olmaz ki,
böyük Avrasiya məkanının ənənəvi geotarixi və geosiyasi mərkəzi Rusiyadırsa, Mərkəzi
1
«Путин обяснил, почему считает распад СССР крупнейшей катастрофой ХХ века», https:
//ria.ru/20170613/1496353896.html, istifadə tarixi: 03.03.2020.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
10
Avrasiya meqaregionunun ürəyi Xəzər dənizi hövzəsidir. Makkinderə görə “Qafqaz və
Xəzər bölgəsinə daha geniş geosiyasi müstəvidə baxmaq lazımdır
2
.
Onun məşhur nəzəri düsturu bundan ibarətdir: “Şərqi Avropanı idarə edən
“Hartlənd”(dünyanın ürəyi) üzərində hökmranlıq edir; “Hartlənd”i idarə edən “Dünya
Adası” üzərində hökmranlıq edir; Dünya okeanını idarə edən dünyada hökmranlıq edir”
3
.
H.Makkinderin konsepsiyası geosiyasi baxışların sonrakı inkişafına çox güclü təsir
göstərmişdir. Bu zəriyyənin bəzi aspektləri mübahisəli və köhnəlmiş hesab olunsa da,
ingilis geosiyasətinin əsas ideyaları yaşadığımız XXI əsrdə də öz aktuallığını itirmə-
mişdir. Müasir dövrdə bu nəzəriyyənin tərəfdarlarından biri Zbiqnev Bjezinskdi. O
“Nəzarətdən kənar” adlı kitabında yazır: “Sovet İttifaqının dağılması Avrasiya “Hart-
lend”ini geosiyasi boşluğa çevirdi… Avrasiyada yaranan bu boşluq, xüsusən də dağılmış
SSRİ məkanını konsolidasiya etməklə təkcə Amerikanın potensial təsiri üçün imkanlar
yaratmadı, həm də Avrasiyanın cənub-qərb hissəsində həlledici geosiyasi nəticələrə səbəb
oldu və gələcəkdə heç bir dövlət və ya dövlətlər koalisiyası ABŞ-ı Avrasiyadan sıxışdırıb
çıxara biləcək geosiyasi qüvvə halına lməməlidir”
4
. Amerikanın aparıcı politoloqunun
nəzəri baxışlarına görə yeni dünya düzənində c tarazlığının min edilməsi Rusiya
ərazisinin lünməsi hesabına olmalıdır. Ərazi itkisi Rusiya üçün əsas problem deyil.
Rusiyanın üç hissəyə parçalanması Avrasiyada Amerika maraqları baxımından güc
tarazlığına nail olmaq üçün əsas olacaqdır... Bu konfederativ birliklərin hər biri yerlərdə
yaradıcılıq potensialını uğurla inkişaf etdirə biləcək, hansı ki, Moskva əsrlər boyu buna
daima bürokratik maneələr yaradırdı. Parçalanmış ərazilərin inkişafı isə ABŞ-ın liderliyi
altında onun rəfdaşlarıyla birlikdə həyata keçirilməlidir. Onun nəzəri baxışına görə
Almaniya və Fransa Ukraynada, Türkiyə və qismən də İran Azərbaycan və Özbəkistanda,
Yaponiya və Çin isə Sibir və Uzaq Şərqdə ABŞ-ın siyasi maraqlarının təminatında iştirak
etməlidirlər
5
.
2
Фабрицио Виелмини, «Роль теории Маккиндера в нынеш стратегическом развертывание США в
Евразии: проблемы и перспективы», Центральная Азия и Кавказ, №4 (40), издательство СА and
Cpress AB (Lulea, Sweden), 2005, с.72.
3
Mackinder Halford John, (1861-1947). Democratic ideals and reality: a study in the politics of reconstruc-
tion / by Sir Halford J. Mackinder; [edited by and] with a new introduction by Stephen V. Mladineo, NDU
Press defense classic ed. p. m Includes index. 1. Reconstruction (1914-1939) 2. Geopolitics. 3. World poli-
tics 1919-1932. 1. Mladineo, Stephen V. II. Title. D655. M.18 1996 940.5'1- dc20/ National Defense
University Press, Washington, DC. 1996, s.106.
4
Цит. пo Николай фон Крейтор, «Бжезинский и американская геополитика экспансионизма», Изве-
стия (газета), Москва 26 ноября 2001.
5
Сергей Глазьев, Альтернативы. Новая книга З. Бжезинского Альтернативы. «Геостратегия для Евра-
зии», выдержки из которой недавно в «Независимой газете» (от 24.10.97), вносит ясность во многие
направления современной американской геополитики. Цена баланса. «Россофобия. Чтобы выжить,
нам надо перестать надеяться на других», Независимая газета, (электронная версия (EVNQ)). Но-
мер 217 (1542), вторник. Полоса 5, Москва 18 ноября 1997.
MAHİR İBRAHİMOV XƏZƏR REGİONUNDA CƏRƏYAN EDƏN...
11
Buna görə də təəccüb deyil ki, Qafqaz-Xəzər regionu geosiyasi maraqların həm
gizli, həm də açıq şəkildə toqquşduğu ən yeni dövrdə də bir tərəfdə ABŞ başda olmaqla
Qərbin böyük dövlətlərinin, digər tərəfdə Rusiyanın apardığı qızğın rəqabət mübarizəsi
məkanına çevrilmişdir. Bu regionda cərəyan edən hadisələri dərk etmək üçün tarixi
proseslərin səbəblərini və müasir geosiyasətin əsas qanunauyğunluqlarını təhlil etmək
tələb olunur. Vaxtilə Rusiya geosiyasətçisi, general A.Y.Snesarev əsərlərində tarixin
dərinliklərinə tez-tez baş çəkməyi məsləhət görürdü
6
. Doğrudan da ötən əsrlərin tarixi-
siyasi hadisələrini müasir geosiyasi proseslərlə əlaqələndirməyə cəhd edərkən hərdən həm
keçmişin, həm də bu günün mürəkkəb və ziddiyyətli hadisələrini birmənalı həqiqət kimi
götürmək istəyi yaranır. Çünki, XXI əsr əvvəlki əsrlərlə görünməyən tellərlə, özü də
göründüyündən də möhkəm tellərlə bağlıdır. XX əsrin əvvəllərindən başlayan dünyanın
yenidən bölünməsi prosesi yeni müstəvidə və yeni siyasi çalarlarla davam etməkdədir.
SSRİ-nin süqutundan sonra Xəzər dənizinin enerji ehtiyatları uğrunda başlayan geosiyasi
rəqabət ötən əsrin 80-ci illərinin sonunda Cənubi Qafqazda alovlanmış etno-ərazi
münaqişələrində də özünü göstərdi. Nəhayət, bu proseslər 90- illərin ortalarından
etibarən, xüsusilə 20 sentyabr 1994- ildə Bakıda “Əsrin müqaviləsi” imzalandıqdan
sonra daha real konturlar aldı. Bununla yanaşı geoiqtisadi nöqteyi-nəzərdən həm
Azərbaycan, həm də onunla həmsərhəd olan Rusiya, İran, Türkiyə, Türkmənistan,
Qazaxıstan, Gürcüstan və Ermənistan qarşısında Xəzər dənizindən, əsasən Qərbin
transmilli şirkətləri və Rusiya tərəfindən hasil olunan neft və qazın nəqli marşrutlarının
seçimi məsələsi ön plana çıxdı
7
. Beləliklə, Cənubi Qafqaz və Xəzəryanı ölkələr dünyanın
və regionun böyük dövlətlərinin “Xəzər şahmat taxtası”nda apardıqları geosiyasi oyuna
qoşulmağa başladılar.
Azərbaycan
Əvvəlki əsrlərdə olduğu kimi, bu gün də dünyanın və bölgənin böyük dövlətlərinin
birbaşa geosiyasi maraqlarının mərkəzində Xəzər bölgəsində çox mühüm coğrafi
mövqedə yerləşən Azərbaycan Respublikası durur. Vaxtilə, müasir Türkiyə dövlətinin
yaradıcısı M.K.Atatürk Azərbaycanın geosiyasi durumunu bütün türk dünyası üçün
önəmli olduğunu qiymətləndirərək, Azərbaycanın Ankaradakı diplomatik nümayəndəsi
İbrahim Əbilova 1921-ci ildə yazmış olduğu məktubunda qeyd edirdi: “Coğrafi baxımdan
göz önünə gətirilərsə, gerçəkdən Azərbaycanın Asiyadakı qardaş hökumət və millətlər
üçün bir əlaqə və dayanacaq nöqtəsi olduğu görünür. Azərbaycanın bu özəl mövqeyi
6
Олег Зотов, «Транскаспийский регион в начале ХХI века: геополитика регионального сотруд-
ничества» www.transcaspian.ru /cgi-bin/web.exe/rus/ s.1, 3, istifadə tarixi: 30.08.2001.
7
Parvana Mustafazade, «Зовнішньополітичні відносини Азербайджану та США в Каспійському регі-
оні», Вісник Львівського університету. Серія «Міжнародні відносини» (lnu.edu.ua), (Polşa), ISSN
2078-4333), vipusk. 46. /19.552 (17.026), Львів, 2019, с.182-183.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
12
onun mühüm bir mövqedə olduğunu sübut edir
8
. Geostrategiya sahəsində tanınmış
mütəxəssis Z.Bjezinski qeyd edir ki, məhdud əraziyə və əhali sayının az olmasına
baxmayaraq, nəhəng enerji resurslarına malik olan Azərbaycan geosiyasi planda da
aparıcı əhəmiyyət kəsb edir. Sanki bu ölkə, Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiyanın
sərvətlərinin yerləşdiyi “şüşə qabda bir tıxac” rolunu oynayır. Onun nəzəri fikirlərinə
görə, “Azərbaycan tam olaraq Moskvanın nəzarətində olarsa, onda Mərkəzi Asiya
dövlətlərinin müstəqilliyini mənasız bir anlayış kimi nəzərdən keçirmək olar”
9
. Qeyd
etmək lazımdır ki, istər ABŞ, istərsə də Avropa daima Azərbaycanla strateji əməkdaşlıq
dairəsini genişləndirməkdə maraqlı olublar. Xüsusilə ABŞ bu regionda Azərbaycanın
mövqeyinə üstün məsələ kimi baxır
10
.
Hazırda balanslaşdırılmış xətt götürən, Avropa İttifaqı, ATƏT, Avropa Şurası və
NATO ilə siyasi, iqtisadi və humanitar əlaqələrini intensiv şəkildə inkişaf etdirən
Azərbaycan özünün geosiyasi gələcəyini yenidən əyyənləşdirməkdədir. Xüsusilə, 44
gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan II Qarabağ müharibəsindən
sonra yaranmış yeni geosiyasi vəziyyət onu tələb edir. Beləliklə, 15 iyun 2021-ci ildə
Azərbaycan və Türkiyə tarixi addım ataraq, lgənin geosiyasi mənzərəsini dəyişəcək
Bəyannaməyə imza atdı
11
. Bəyannaməni həm də Azərbaycanın və Türkiyənin düşmən-
lərinə də tutarlı mesaj hesab etmək olar. Bəyannamədə xüsusilə tarixi türk torpağı
Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm
amildir. Geosiyasi nöqteyi-nəzərdən Zəngəzur dəhlizinin açılışı sözsüz ki, yüz ildən
çoxdur, bölgədə ermənilərin apardığı anti-Turan təbliğatına mühüm zərbədir. Bildiyimiz
kimi, ermənilər xristian ölkələrindəki lobbi qrupları vasitəsilə uzun müddət idi ki,
Qafqazda xristian-vassal dövlətin qurulmasının vacibliyini vurğulayır, Turan bəhanəsini
gətirərək öz geosiyasi çəkilərini artırmağa cəhd edirdilər. Lakin 2020-ci ilin payızında
Qarabağda müharibənin Azərbaycanın qalibiyyəti ilə nəticələnməsi və üçtərəfli
imzalanmış müqavilədə Zəngəzur vasitəsilə yeni nəqliyyat dəhlizinin açılmasının nəzərdə
tutulması Ermənistan Respublikasının bu vaxta qədər davam edən geosiyasi çəkisinə
mühüm zərbə olacaq və bir sıra dövlətlərin baxış bucaqlarında ermənilərin indiyə qədər
olan “əhəmiyyəti” xeyli azalacaq. Ümumiyyətlə, Bəyannamə Azərbaycan və Türkiyə
dövlətləri arasında bütün sahələrdə inteqrasiyanı nəzərdə tutur. Ən əsası, bu Bəyannamə
region üçün yeni tarixi gerçəklik deməkdir. Azərbaycan eyni zamanda, MDB ölkələri ilə,
o cümlədən özünün şimal qonşusu olan Rusiya ilə də qarşılıqlı faydalı əlaqələr qurmağa
8
Atatürk”ün söylev ve demeçleri'nin konular indeksi, hazırlayan Mehmet Evsile, Atatürk Kültür, Dil ve
Tarih Yüksek Kurumu Atatürk Araştrma Merkezi, Ankara 1999, s.11.
9
Збигнев Бжезинский, Великая шахматная доска. Господство Америки и его геостратегические
императивы, Международные отношения, Москва 1999, с.62.
10
Xarici İşlər Nazirliyinin Tarix Arxiv İşləri. 2004- il üçün cari arxivi. İqtisadi məsələlərə dair. ABŞ
qovluğu. 14.06.2004. f.28, s.11.
11
“Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər”, https://president.
az/az/articles/view/52116, istifadə tarixi: 10.12.2020.
MAHİR İBRAHİMOV XƏZƏR REGİONUNDA CƏRƏYAN EDƏN...
13
çalışır. 22 fevral 2022-ci ildə Prezident İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində iki
ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı
12
. 43
bənddən ibarət Moskva Bəyannaməsi ilə Azərbaycan-Rusiya münasibətləri yeni
mərhələyə qədəm qoyur. Sənəd Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və
təhlükəsizliyinə zəmanət verir. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi kimi, Moskva
Bəyannaməsi ilə də hər iki ölkə bir-birinin müstəqilliyinə, dövt suverenliyinə, ərazi
bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə
qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri
üzərində qurulmasına dair öhdəlik götürür. Beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil
cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi
qeyd olunur. Türkiyədən sonra Rusiya ilə də müttəfiqlik münasibətlərinin rəsmiləş-
dirilməsi təhlükəsizliyin və sülhün daha etibarlı təmin olunması imkanlarını genişləndirir.
Beləliklə, Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni
regional nizamın formalaşmasında əsas oyunçular Azərbaycan, Türkiyə və Rusiyadır. Bu
mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqu-
rasiyanı rəsmən təsbit edir. Geosiyasi münasibətlər sistemində mühüm həlqələrdən biri
olan Azərbaycan müasir şəraitdə Xəzər dənizində geostrateji rəqabətin mərkəzində durur
və Cənubi Qafqazda lider olaraq qalmaqdadır. Azərbaycan Respublikasının müasir
qloballaşma proseslərinə qoşulması problemlərinə toxunarkən qeyd etmək lazımdır ki,
yüksək texnologiyalar və kommunikasiya sistemləri dövründə bu ölkə qloballaşmanın
iqtisadi inkişaf və ölkənin çiçəklənməsi üçün verəcəyi pozitiv hər şeyi etməyə çalışır.
Ermənistan
Rusiyanın Cənubi Qafqazda mühüm strateji tərəfdaşı və ənənəvi “forpostu” olan
Ermənistan haqqında da bir neçə kəlmə demək istərdim. Əvvəla Ermənistan ərazisində
Rusiyanın Cənubi Qafqazda ən iri 102-ci hərbi bazası, hava hücumundan müdafiə
hissələri, sərhəd, raket və digər mobil reaksiya vasitələri yerləşir. Rusiya Ermənistanın
quru yol sərhədlərinin və hava məkanının müdafiəsini öz üzərinə götürmüş, bu ölkəni
bütün lazımi silahlarla təchiz edir. Digər tərəfdən, neft və qaz ehtiyatlarından məhrum
olam Ermənistan özünün enerji daşıyıcılarına olan tələbatını əsasən İranın hesabına
ödəyir. Ümumilikdə Rusiya-Ermənistan münasibətləri müttəfiq, hərbi-strateji xarakter
daşıyır. Rusiya analitiklərinin fikirlərinə görə, Ermənistan sadəcə “Rusiyanın əbədi
müttəfiqi olmağa məhkumdur” və “Ermənistanın geosiyasi kodunda ənənəvi olaraq
Rusiya vektoru üstünlük təşkil edir”
13
. Eyni zamanda, bu ölkə Rusiya ilə əməkdaşlıqla
yanaşı Qərbə inteqrasiyaya istiqamətlənmiş balanslaşdırılmış xarici siyasət yürütməyə də
12
«Декларация о союзническом взаимодействие между Российской Федерацией и Азербайджанской
Республикой», http://www.kremlin.ru/supplement/5777, istifadə tarixi: 22.02.2022.
13
Pərvin Darabadi, “Cənubi Qafqaz düyünü: çoxgedişli “geosiyasi oyun”, http://newtimes.az/az/processes-
trends/3573/, istifadə tarixi: 06.05.2015.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
14
cəhdlər edir. Belə ki, Ermənistan maraqlı dövlətlərin iştirakıyla Türkiyə ilə özünün
qarşılıqlı münasibətlərini yoluna qoymağa və bu istiqamətdə Qərbə yol açmağa çalışdı.
Hətta 11 oktyabr 2009-cu ildə Sürixdə Ermənistanla Türkiyə arasında diplomatik
əlaqələrin qurulmasına sərhədlərin açılmasına yönəlmiş “Diplomatik münasibətlərin
təsisi” “İkitərəfli əlaqələrin inkişafı” protokolları da imzalandı. Bu sənədlərdə Türki-
yənin də Cənubi Qafqazda öz siyasətini daha da aktivləşdirmək cəhdləri öz əksini tapdı
14
.
Lakin sonradan bu proses donduruldu. Bununla belə, Moskva-İrəvan-Tehran geostrateji
zəncirində Ermənistan əyyən mənada Türkiyəni Mərkəzi Avrasiya məkanlarından
təcrid etməyə çalışan strateji bir həlqə olaraq qalır
15
.
Gürcüstan
Cənubi Qafqazda Qara dənizə çıxışı olan yeganə ölkə Gürcüstandır ki, bu ölkə də
regionda mühüm strateji mövqelərə sahibdir. Gürcüstanın ərazisindən transqafqaz
nəqliyyat xətləri dəmir yolu və avtomobil yolları keçir. Son illər bunların sırasına yeni
magistral neft-qaz boru kəmərləri də əlavə olunmuşdur. Bununla yanaşı Gürcüstan ərazisi
Xəzəryanı ölkələr üçün Qara və Aralıq dənizlərinə ən qısa çıxış yoludur. Bu ölkə xüsusən
də 2003- ilin “qızılgül inqilabı”ndan sonra açıq şəkildə Qərb yönümlü siyasət yürüdür.
Rusiya isə dərk edir ki, özünün gələcəyini Qərblə, xüsusən də NATO ilə görən Gürcüstan
Türkiyə və Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya Qərbin və ilk növbədə NATO
təsirinin yayıldığı zəncirdə mühüm bir həlqədir. Gürcüstanın NATO-ya birləşməsi
perspektivi kifayət qədər real olan bir şəraitdə 2008-ci ilin avqustunda Rusiya
Gürcüstan rəhbərliyinin hərbi-siyasi addımlarından istifadə edərək birbaşa hərbi-güc
metodlarını tətbiq etdi ki, bu da son nəticədə Abxaziyanın və Cənubi Osetiyanın
Gürcüstandan qoparılmasına və faktiki olaraq Rusiyaya ilhaq edilməsinə səbəb oldu.
Əvəzində isə elə həmin ilin payızında Gürcüstan MDB-dən çıxdığını elan etdi. Əvvəla bu
hadisə Rusiyaya Qara dənizdə öz təsir sferasını genişləndirmək və Cənubi Qafqazdakı
neft-qaz kəmərləri və digər kommunikasiya infrastrukturları üzərində nəzarəti ələ keçir-
məyə cəhd göstərmək imkanı verdi. İkincisi, Rusiya NATO-nun Şərqə doğru, “Qafqaz-
Xəzər istiqamətində” genişlənməsində hədləri göstərən qadağa zonasını çəkdi. Üçüncüsü,
bu hadisələr Qərbin Cənubi Qafqazda mövqelərinin zəif olduğunu göstərdi və həm
Avropa ölkələri, həm də “Qoca Avropa” ilə Birləşmiş Ştatlar arasında fikir ayrılıqlarını
üzə çıxardı. Onlar, əsasən, “narahatlıq ifadə edən qətnamələrlə” və səmərəsiz diplomatik
demarşlarla kifayətləndilər. Nəhayət, dördüncüsü, NATO-ya daxil olan və daxil olmaq
istəyən digər postsovet ölkələri birmənalı şəkildə sərt siqnal “xəbərdarlıq” aldılar ki,
onların Şimali Atlantika Alyansına daxil olmaq niyyətləri müharibə və ərazilərinin
14
Первин Дарабади, Кавказ и Каспий в мировой истории и геополитике ХХI века (ISBN 978-5-
7777-0501-3), Издательство «Весь мир», Москва 2010, с.167.
15
Александр Дугин, Указ. соч., с.243; Анджей Панковский, «Большая игра» на Кавказе»
http.press.net.by \1998\98_02_12.441/40 armen.htm.
MAHİR İBRAHİMOV XƏZƏR REGİONUNDA CƏRƏYAN EDƏN...
15
parçalanması ilə nəticələnə bilər
16
. Ona görə də rcüstan iqtisadi yöndə Qərblə sıx
əlaqələr qursa da xarici siyasətdə bir qədər fərqlilik nümayiş etdirir. Bu fərqlilik Zəngəzur
dəhlizinə münasibətdə də özünü göstərməkdədir. Hesab edirik ki, rcüstanda bir sıra
dairələrin Zəngəzur dəhlizinə ehtiyatla yanaşmasının ciddi geosiyasi, geoiqtisadi və
kommunikativ əsası yoxdur. Belə ki, açılması nəzərdə tutulan Zəngəzur dəhlizi Gürcüstan
marşrutuna alternativ deyil, hətta onların bir-birini tamamlamasıdır. Çünki söhbət yalnız
Azərbaycandan Gürcüstana yüklərin daşınmasından getmir. Gürcüstan həm özünün, həm
Qara dəniz hövzəsi ölkələrinin, həm də Avropadan yüklərin Zəngəzur dəhlizi vasitəsilə
İrana, Körfəz ölkələrinə və başqa regionlara münasib qiymətə çatdıra və bundan xeyli
gəlir əldə edə bilər. Bu o deməkdir ki, Zəngəzur dəhlizi ancaq bir istiqamətdə və seçilmiş
hansısa ölkələrin mənafeyinə xidmət edəcək nəqliyyat yolu olmayacaq. Ondan bütün
region ölkələri müxtəlif istiqamətlərdə yaradılacaq əlaqələr əsasında faydalanacaqlar.
Türkiyə
Digər tərəfdən, Gürcüstandakı avqust böhranı Türkiyənin Cənubi Qafqazda fəal-
laşması üçün yeni imkanlar açdı. Yaranmış vəziyyəti dəyərləndirərək Türkiyə regionda öz
nüfuzunu və regional güc mərkəzi kimi statusunu möhkəmləndirmək üçün Azərbaycan,
Rusiya, Gürcüstan və Ermənistanın da daxil olduğu regional təhlükəsizlik sisteminin
(Qafqazda sülh və stabillik platforması) yaradılması təşəbbüsü ilə çıxış etdi və Ermə-
nistanla hələ 1993- ildə kəsilmiş münasibətlərini nizama salmağa başladı. Maraqlısı
odur ki, Qafqazdakı vəziyyəti nəzərə alan Rusiya Türkiyənin “Qafqazda sülh və stabillik
platforması”nın yaradılması ilə bağlı təşəbbüsünə pozitiv yanaşır və İranın da tərəf kimi
iştirakını mütləq sayır. ABŞ və Avropa İttifaqı isə bu prosesə regionda təsir imkanlarının
xeyli məhdudlaşdırılması kimi baxırlar. Bununla yanaşı Türkiyə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas rollardan birini oynamaqda da
israrlıdır. Digər tərəfdən Ankara, Tbilisi və Bakının maraqlarının üst-üstə düşməsi enerji
və nəqliyyat sahəsində irimiqyaslı layihələri həyata keçirmək imkanı yaradır. Türkiyənin
strateji kursunun əsas məqsədlərindən biri də məhz Cənubi Qafqazda geosiyasi təsirini
gücləndirməyə imkan verən enerji axınlarının mərkəzinə çevrilməkdir.
Lakin, Türkiyə xüsusən son on ildə Avrasiyada “Şimali Atlantika Alyansının
maraqlarının müdafiəçisi” olmaq və “ABŞ-ın strateji müttəfiqi kimi” çıxış etmək rolun-
dan imtina etmədən, həm də öz fərdi roluna, məxsusi nüfuzuna, geosiyasi, geoiqtisadi və
hərbi-geostrateji mənafelərinə diqqət yetirməyə başlamışdır. Ankara ABŞ və Avropa
İttifaqının bəzi təzyiqlərini hesaba almadan, XXI əsrin başlanğıcından regionda bir qədər
fərqli geostrateji xətt yürütməyə başlayır. Xüsusilə rkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın ölkəsinin Asiyaya yeni dönüş etməyə başladığı haqqında bəyanatı siyasi
16
Pərvin Darabadi, “Cənubi Qafqaz düyünü: çoxgedişli “geosiyasi oyun”, http://newtimes.az/az/processes-
trends/3573/, istifadə tarixi: 06.05.2015.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
16
dairələrdə qızğın müzakirələrə yol açıb. Yanaşmalar fərqli olsa da, bütövlükdə, mütəxəs-
sislər Ankaranın məqsədinin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışırlar. Əlbəttə,
Türkiyə böyük dövlətdir və onun xarici siyasəti geniş geosiyasi məkanı əhatə edə bilər.
Bununla yanaşı hesab edirik ki, müasir qlobal geosiyasi vəziyyət də nəzərə alınıb. Bu
aspektdə isə müxtəlif risklər, qeyri-əyyənliklər və güclü rəqabət özünü göstərir. Bütün
bu faktorları əsas götürsək, Türkiyənin Asiya siyasətində nə kimi nəticələr əldə edə
biləcəyi maraq doğurur. Türkiyə artıq əvvəlki geosiyasi statusundan daha yüksək olan bir
səviyyəyə iddialıdır. Onun üçün indi “kiminləsə bir yerdə olmaq” və ya “kimlərinsə
yanında olmaq” kimi prinsiplər keçərli deyil. Görünən odur ki, Türkiyə yeni dünya
nizamında öz sözü olan və böyük bir geosiyasi məkanda sayılan dövlət olmaq yolunu
tutub
17
. Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, türk xalqları tarix boyu lgədə daima
dominant olmuşdur. Türkiyəni regionla bağlayan tarixi mədəni əlaqələr və xüsusilə dil
yaxınlığı onun təsir imkanlarını daha da artırır
18
. XIX-XX əsrlərdə müstəmləkəçi pro-
yektlərin hədəfi halına gələn türklər çox acılar çəkmiş, bölünmüş, parçalanmışdı. Türk-
lərin birliyi fikri də o acılar içində cəbhələrdə formalaşmışdır.
2021-ci il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
VIII Zirvə Görüşü yeni dünya nizamının formalaşması fonunda diqqət çəkir. Son
zamanlar Cənubi Qafqaz və Mərkəzi Asiya sərhədlərində cərəyan edən proseslər bəzi
coğrafi bilgilərə siyasi məzmun qataraq onları yenidən nəzərdən keçirmək zərurəti
yaradır. Türk Şurası ölkə başçılarının İstanbul sammiti Ankara-Bakı müştərək maraq-
larının digər üzv ölkələrlə və müşahidəçi qismində olan dövlətlərlə (Macarıstan, Türk-
mənistan) sinxronlaşdırılması baxımından önəmli idi. Qurumun adını dəyişərək Türk
Dövlətləri Təşkilatı adlandırılmasına gəlincə, bu, simvolik mənadan çox, qlobal rəqabətdə
alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır. İstanbul sammitinin
nəticəsi olaraq dövlət başçılarının verdiyi ortaq bəyanatın mətnində qeyd olunur ki,
Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev tərəfindən başlanan “Türk Vizyonu
2040” konsepsiyası strateji bir sənəddir. Bu sənəd türk dövlətlərinin ortaq maraqlarının
güclənməsi üçün bütün sahələr üzrə əməkdaşlıq prioritetlərini özündə cəmləşdirir. Artıq
XXI əsrin əvvəllərindən başlayaraq Qafqazda geostrateji müstəvidə Türkiyə-Azərbaycan,
gələcəkdə isə Mərkəzi Asiyanın Türk dövlətləri də daxil olmaqla digər maraqlı dövlət-
lərini də əhatə edən üfüqi oxu formalaşmağa başlayır ki, bu da regionda özünün bir sıra
mühüm mövqelərini itirmiş Rusiyanın maraqlarına heç də cavab vermir.
17
“Ankaranın Asiyaya dönüşü: Türkiyənin yeni geosiyasi “yol ritəsi”, http://newtimes.az/az/ processes-
trends /6200/, istifadə tarixi: 30.08.2019.
18
Savaş Yanar, Türk-rus İlişkilerinde Gizli Güç Kafkasya. İQ kültür sanat yayıncılıq, İstanbul 2002,
256 s.
MAHİR İBRAHİMOV XƏZƏR REGİONUNDA CƏRƏYAN EDƏN...
17
Rusiya
Rusiyaya gəlincə onun Cənubi Qafqaz, ümumilikdə Xəzər regionu istiqamətində
xarici siyasət xətti çoxaspektlidir. İlk növbədə hələ əsası Dəli Pyotr (1689-1725)
tərəfindən qoyulan isti dənizlərə çıxış” Rusiya üçün xüsusi əhəmiyyət daşıyır
19
.
Geosiyasi planda isə region Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır. Bu
isə Rusiyanın sözügedən regionun ölkələri ilə münasibətlərini müxtəlif səviyyələrdə
qurmağa təhrik edir. Belə ki, Gürcüstanla münasibətlərdə sərtlik, Ermənistanla münasi-
bətlərdə müttəfiqlik, Azərbaycanla münasibətlərdə isə stabillik önə çəkilir. Ümumiyyətlə
Rusiyanın postsovet məkanının Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz kimi ayrı-ayrı
regionlarında geostrategiyasına gəlincə, qeyd etmək lazımdır ki, onlarda coğrafi
vəziyyətlərindən asılı olaraq həm təkrarlanan qanunauyğunluqlar, həm də spesifik
xüsusiyyətlər müşahidə olunur
20
. Belə ki, ABŞ-ın təşəbbüsü ilə yaradılan Gürcüstan,
Ukrayna, Azərbaycan, Moldova və 2005-ci ilə qədər Özbəkistanın da daxil olduğu
GUAM Demokratiya və İqtisadi İnkişaf naminə regional təşkilatın (1997-ci il oktyabrın
10-da yaradılmışdır) mövcudluğu ilk vaxtlar Rusiyanın hərbi-siyasi dairələrində ciddi
narahatlıq doğururdu. Rusiya təhlilçilərinin fikirlərinə görə, antirusiya yönümlü bu
geosiyasi quruma üzv olan dövlətlərin əraziləri bugünkü müstəvidə NATO üçün
Avropadan Əfqanıstana qədər birbaşa dəhliz yaratdı. Lakin iştirakçı ölkələrin bir-birindən
məkanca uzaq olması, habelə indiki mərhələdə onların strateji maraqlarının çox vek-
torluluğu bu beynəlxalq təşkilatın geosiyasi perspektivlərini də sual altına alır.
Qazaxıstan
İstənilən dəyişikliklərdə müsbət məqamları hər zaman qeyd etmək olar.
Qazaxıstanın da bir gün Avropaya çevriləcəyi bir ssenarini təsəvvür etsək, o zaman
üstünlüklər barədə danışmaq məqsədəuyğun ola bilər. Qazaxıstan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının və Gömrük İttifaqının üzvüdür. Ancaq fakt budur ki, rəsmi
Astana Rusiyanın hegemon olduğu təşkilatlarda üzv olmaqla yanaşı son illər müstəqil
daxili və xarici siyasət yürütməyə başlayıb və regional layihələrdə müstəqil şəkildə iştirak
etməyə can atır. Xüsusilə İpək Yolu layihəsi çərçivəsində Çindən Avropaya Qazaxıs-
tandan tranzit mühüm rol oynayacaq. Qazaxıstan üçün xüsusi əhəmiyyət kəsb edən yol
“Çin-Qazaxıstan Rusiya Qərbi Avropa”, “Çin-Qazaxıstan Qərbi Asiya”, “Çin-
Qazaxıstan Cənubi Qafqaz Türkiyə-Avropa” nəqliyyat dəhlizlərinin yaradılmasıdır
21
.
Belə bir ərəfədə Rusiya Dövt Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan
üzvü Vyaçeslav Nikonovun Qazaxıstana qarşı ərazi iddiaları irəli sürməsi heç də təsadüf
19
AMEA TİEA, Fond 1, Siyahı 3, 158. Hissə I. Xanvey. 32 / Далнейщие щаги, предпринятые м-ром
Эльтоном… Оппозиция Восточно-Индийкой и Турецкой Компаний...
20
Adil Mirabdullayev, Rusiyanın postsovet məkanında geostrategiyası. Elm, Bakı 2008, s.50.
21
«Специальный репортаж: Инициатива «Пояс и Путь» открывает новые возможности для взаимовы-
годно сотрудничества между Китаем странами Центральной Азии», Sinxua novosti,
http:// russian.ews. cn /2020-09/21/c_139384423.htm, istifadə tarixi: 21.09.2020.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
18
sayıla bilməz
22
. 2022-ci ilin başlaması ərəfəsində dünya siyasi meydanında baş verən
proseslər isə gözlənildiyindən də “sürpriz” hərəkətliliyi ilə yadda qaldı. Hər kəsin Şərqi
Avropaya Ukrayna ilə Rusiya sərhədindəki gərginliyə başı qarışdığı vaxtda Mərkəzi
Asiyanın dominant dövlətlərindən birinə çevrilməkdə olan Qazaxıstan bir anın içində
qarışdı. Hadisələrin gedişi göstərir ki, Qazaxıstan dövlətçiliyini zəiflətməyi qarşılarına
məqsəd qoyan xaricdəki və daxildəki qruplar tərəfindən əvvəlcədən hazırlanmış
təxribatlar plan üzrə ə düşdü. Görünən odur ki, Qazaxıstan hakimiyyətinin bəzi qərarları
bir çox qlobal aktorların ssenarisinə zidd idi. Son illər ərzində Qazaxıstanda dövlətçiliyin
inkişafı üçün atılan ciddi addımlar görünür ki, daxili və xarici müxtəlif qüvvələrin
ürəyincə deyildi. Xüsusilə nəzərə alsaq ki, son illərdə Qazaxıstanın Türkiyə ilə müdafiə
və digər sahələr üzrə əldə etdiyi əməkdaşlığı, Türk Dövlətləri Təşkilatındakı aktivliyi
nəzərə çarpan dərəcədə sezilirdi. Bu isə regionda marağı olan dövlətləri narahat edə
bilərdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qazaxıstandakı çevrilişlə bağlı
açıqlaması isə məsələnin əslində qiymət artımı ilə bağlı olmadığını təsdiqlədi:
“Qazaxıstanın latın əlifbasına keçməsi və türk millətçiliyinə dəstək verməsi nəticəsində
bu hallar ortaya çıxdı. Bu dar düşüncəli millətçiliyi təşviq etmək və Rusiya ilə əmək-
daşlığı gözdən salmaq məqsədi daşıyan xarici dəstəyin nəticəsidir”
23
. Əslində Rusiya XİN
rəhbəri bu bəyanatı ilə açıq şəkildə etirazların əsl səbəbini elan etmiş oldu. Görünən odur
ki, Kreml Qazaxıstanın regional layihələrdə, xüsusilə “Cənubi Qafqaz Türkiyə-Avropa”
dəhlizində iştirakını öz geosiyasi maraqları çərçivəsində saxlamağa çalışır. Ancaq,
Qazaxıstanın həm də Avrasiyada Türk-rus uzlaşması, gerçək əməkdaşlıq modeli üçün də
önəmli bir ölkə olduğu unudulmamalıdır. O da nəzərdən qaçmamalıdır ki, həm Mərkəzi
Asiya, həm Cənubi Qafqaz, eləcə də bütün yaxın coğrafiya böyük və irticaçı dövlətlərin
gözünə yağlı tikə kimi görünür və onlar yarana biləcək ən cüzi fürsətdən belə yarar-
lanmağa çalışacaq. Məhz Qazaxıstanda olduğu kimi...
İran
İranın regional siyasətində Orta Asiya, Cənubi Qafqaz və Xəzər hövzəsinin
geosiyasi, geoiqtisadi və hərbi-geostrateji hədəfləri xüsusi yer tutur. Orta Asiya və Xəzər
hövzəsində İran sadəcə olaraq öz sərfəli geoiqtisadi mövqelərindən çıxış edərək, Rusiya
ilə yanaşı bölgənin ikinci əsas lider dövləti statusuna sahib olmaq istəyir. Beləliklə, İran
rəhbərliyi öz fəaliyyətində şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək və bölgədəki
siyasi və iqtisadi mövcudluğunu gücləndirmək üçün Xəzər bölgəsində aktiv siyasət
yürütməyə daim diqqət yetirir. Bu gün Rusiya və İranın Xəzər bölgəsindəki maraqları
22
«Кул-Мухаммед ответил на провокационные высказивания российского депутата», https://
tengrinews. kz/sng/kul-muhammed-otvetil-provokatsionnyie vyiskazyivaniya-422946/ istifadə tarixi:
12.12.2020.
23
“Qazaxıstandakı hadisələrin sifarişçisi detallar”, https://news.milli.az/world/1009520.html, istifadə
tarixi: 06.01.2022.
MAHİR İBRAHİMOV XƏZƏR REGİONUNDA CƏRƏYAN EDƏN...
19
böyük ölçüdə üst-üstə düşür
24
. Bu ölkənin regional siyasəti ilə bağlı əsas geosiyasi və
geoiqtisadi vəzifələrini aşağıdakı kimi qruplaşdıra bilərik:
Əvvəla, Qərb ölkələrini və onlara məxsus transmilli şirkətləri nəyin bahasına
olursa-olsun Xəzər regionuna buraxmamaq və onların bölgədəki əsas tərəfdaşı hesab
olunan Türkiyəni öz mövqelərindən sıxışdırmaq. İkinci, Rusiya ilə regional geosiyasi
məsələlərdə müttəfiqlik etmək, lakin onunla rəqabət aparılan sahələrdə öz mövqelərini
əldən verməmək və müxtəlif vasitələrlə regionda öz mövqelərini gücləndirmək. Üçüncü,
bölgəni dini təsir altına almaq məqsədilə müxtəlif dini-ideoloji düşərgələr təşkil etmək.
Dördüncü, Azərbaycan və Türkiyə kimi rəqib ölkələrin iqtisadi, siyasi, sosial və mədəni
inkişafını əngəlləmək, bununla da onların İrandakı əsas əhali Azərbaycan türkləri üçün
cəlbediciliyini azaltmaq. Nəhayət beşinci, lgədə Qərb ölkələrinə məxsus dəyərlərin,
iqtisadi, siyasi, ideoloji təsisatların fəaliyyətinin güclənməsinə və Xəzər hövzəsində
demokratik rejimlərin bərqərar olmasına və İran cəmiyyəti üçün “yad proseslərin” vüsət
almasına mane olmaq.
Türkmənistan
Orta Asiya ilə İran arasında yerləşən Türkmənistanın da çox əhəmiyyətli bir strateji
mövqeyi var. Başqa sözlə, Türkmənistan İranın Orta Asiyaya açılan qapısıdır və Xəzər
dənizinin Özbəkistan, Tacikistan və Əfqanıstana qapılarını açır. Regional və qlobal
geosiyasi rəqabəti nəzərə alsaq, Türkmənistan Moskva, Pekin, Tehran və Ankaranın
təsirlərinin kəsişməsində dayanır. Sözügedən güc mərkəzlərindən heç biri Aşqabadın
digər ölkələrin təsiri altında olmasını istəmir. Buna görə bu baxımdan bütün regional və
hətta qlobal qüvvələr Türkmənistanın “daimi bitərəfliyi” statusundan razıdırlar. Lakin bu
ölkənin özünün də maraqları var. Belə ki, Türkmənistan qazının Azərbaycan üzərindən
Avropaya nəqli üçün Transxəzər Qaz Kəməri layihəsi mövcuddur, bu da hələlik
gerçəkləşməyib. Bununla yanaşı Çinə qaz nəqli üçün yeni qolun inşası gündəmdədir.
Çin Xalq Respublikası
Qeyd edildiyi kimi Çin Xalq Respublikası 2013- ildə Avrasiya ölkələri arasında
infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir
yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini
nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların
Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin
yaradılmasından gedir. 14-15 may 2017-ci ildə Pekində Çinin əllifliyi ilə baş tutan
“Bir kəmər bir yol” beynəlxalq forumu dünya mediasının diqqət mərkəzində olmaqda
davam edir. 29 ölkə liderinin iştirak etdiyi forumda qonaqlar sırasında Rusiya və Türkiyə
24
Елена Дунаева, «Каспийский регион и Иран», Исламская Революция в Иране: Прошлое,
Настоящее, Будущее, Сборник статьей, Институт Востоковедения РАН, Москва 1999, c, 136.
ISBN5-89282-110-2.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
20
prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, Pakistanın baş naziri Nəvaz
Şərif, BMT-nin baş katibi Antonio Qutteriş, BVF-nin rəhbəri Kristin Laqard, Dünya
Bankının prezidenti Cim En Kim olub. Bundan əlavə, tədbirdə 100-dən çox ölkədən
dövlət və özəl sektor nümayəndələri, sərmayədarlar, 60-dan çox beynəlxalq təşkilatın
nümayəndəsi iştirak edib
25
.
Yolun bir qolu Qafqaz-Xəzər regionundan keçdiyi üçün bu layihənin reallaşması
bölgədəki dövlətlərin də iqtisadi cəhətdən güclənməsi, geosiyasi və geoiqtisadi nüfu-
zunun artmasına və öz milli maraqlarının təmininə şərait yaradacaq. Qeyd edək ki, İpək
yolunun bir hissəsi olan Orta Dəhliz layihəsi Türkiyə, Gürcüstan, Azərbaycan, Türk-
mənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə etməklə Çində başa
çatacaq ticarət yoludur. Çinin qəbul etdiyi bu layihə İspaniyaya qədər uzanır və
bütövlükdə infrastrukturun dəyişilməsini nəzərdə tutur. Çin təkcə özü bu layihəyə
infrastrukturun yenilənməsi üçün 113 milyard dollar investisiya qoymağı planlaşdırır.
Lakin Hindistanın forumu rəsmən boykot etməsi ən qalmaqallı hadisə olub.
Hindistan bu addımını Çin-Pakistan iqtisadi dəhlizi ilə əlaqələndirib. Rəsmi Dehli hesab
edir ki, Çinin kreditləri bir sıra ölkələrin Çindən asılılığını gücləndirəcək. Bu ölkənin
xarici işlər nazirinin sabiq müavini Kanval Sibal da hesab edir ki, Çin-Pakistan layihəsi
Hindistanın suverenliyinə ciddi zərbədir. Onun sözlərinə görə, bu layihə nəhəng Avrasiya
bölgəsində Çinin liderliyinə gətirib çıxaracaq
26
. Honkonqlu ekspert Brayana Yena isə
Hindistanın bu forumda iştirakdan imtinasının Asiyanın iki nəhəngi Çinlə Hindistan
arasında gərginliyin başlamasından xəbər verdiyini yazıb. Maraqlıdır ki, Çinin bu layihəsi
Rusiyadan dəstək alıb. Lakin ekspertlər bildirir ki, Çin-Mərkəzi Asiya-Avropa layihəsi
Rusiyanın Transsibir kəmərinin rolunu azalda bilər. Digər tərəfdən hesab edilir ki, bu
layihə ilə Çinin postsovet ölkələrində rolu artmış olacaq, Rusiyanın isə əksinə, rolu
minimuma düşəcək. Moskva isə hələ ki bu qorxunu bölüşmür. Pekində keçirilən müasir
İpək Yolu layihəsinin sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin Çinin
infrastruktur layihəsinin Avrasiya İqtisadi Birliyi ilə mükəmməl şəkildə uyğun olduğunu
bildirib. O həm də bildirib ki, Rusiya Avrasiya tərəfdaşlığını dövlətlər arasında əmək-
daşlıq kimi nəzərdən keçirir. Çin Rusiyanın ən iri ticarət tərəfdaşıdır. İlin sonuna kimi
ticarət dövriyyəsi 80 mlrd. dolları ötəcək. Rusiya prezidenti ümid edir ki, bu layihə
Avrasiya İqtisadi İttifaqını gücləndirəcək: “Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığa
Avropa, Asiya və Latın Amerikasının təxminən 50 ölkəsi maraq göstərir”. Onun sözrinə
görə, Avrasiya İqtisadi İttifaqı və Çin arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş
məsələsi üzrə, İsrail dövləti ilə azad ticarət haqqında danışıqlar aparılır. Misir, İran,
25
Yitzhak Shichor, “China’s Belt and Road Initiative Revisited. Challengesand Ways Forward”,
https://www.worldscientific.com/doi/pdf 10.1142/S237774001850001X, istifadə tarixi: 12.12.2020.
p.27-45.
26
Kumar Surendra S.Y. (Bangalore University), “China’s Belt and Road Initiative (BRI): India’s Concerns,
Responses and Strategies”, International Journal of China Studies. 27 Vol. 10, No1, June 2019, 140 p.
MAHİR İBRAHİMOV XƏZƏR REGİONUNDA CƏRƏYAN EDƏN...
21
Hindistan, Serbiya və Sinqapur ilə isə məsləhətləşmələrə başlamaq üçün razılıq əldə
olunub
27
. Burada Rusiyanın məqsədi aydındır. Belə ki, Rusiya ucuz xammal mənbəyi ilə
yanaşı avro-atlantika və Sakit okean regionları arasında nəqliyyat kommunikasiya
körpüsü olarsa onun hərbi-siyasi və iqtisadi sahələrdə milli mənafeyinin təmin edilməsi
ilə yanaşı regional təhlükəsizlikdə rolu da əhəmiyyətli dərəcədə artmış olur.
Yeri gəlmişkən, Hindistanla yanaşı, Yaponiya da forumda iştirakdan imtina edib.
Rəsmi Tokio ehtiyat edir ki, inkişaf şüarının altında geosiyasi oyunlar oynanılır. ABŞ və
digər qərb ölkələrinin də nümayəndələri tədbirə qatılmaq istəməyiblər. Onlar hesab
edirlər ki, Amerika və Avropanın başı daxili problemlərə qarışdığı vaxt Çin qlobal
liderliyə can atır. 1979-cu ildə Çin və ABŞ-ın rəsmi diplomatik əlaqələr qurmasına yol
açmasında mühüm rol oynayan ABŞ-ın keçmiş dövlət katibi Henry Kissincerin
Almaniyanın “Die Welt” qəzetində nəşr olunan bir müsahibəsi də maraq doğurur. O
müsahibəsində belə deyir: “ABŞ Avropa arasında daha güclü transatlantik əlaqələr
olmalıdır. Lakin r iki tərəfin arasında lə də ciddi fikir ayrılıqları var onlar
qorxurlar ki, tərəflərin “muxtariyyəti” Avropanı Avrasiyanın bir hissəsinə çevirəcəkdir...
Hər bir yerli məsələdə və hər bir iqtisadi siyasətdə razılaşmamağa ehtiyacımız yoxdur,
ancaq Atlantik bölgəsinin istədiyimiz istiqamətdə tarixən və strateji olaraq inkişafı
haqqında ümumi bir konsepsiyamız olmalıdır.., Avropa ABŞ-Çin arasında olan fikir
ayrılığından istifadə edərək siyasətini təqib edərsə, qarşıdurmaları daha skin və
böhranları daha çox artıracaqdır. Mən Çinə qarşı səlib yürüşünün tərəfdarı deyiləm. Fəqət
mənfəət naminə davamlı manevr etməklə vəziyyəti gərginləşdirməmək üçün ortaq bir
strateji anlaşmanın inkişaf etdirilməsinin tərəfdarıyam”
28
.
Dünyada yeni düzənin formalaşması istiqamətində iqtisadi layihələrin effektiv
şəkildə icrası və bunun nəticəsində birgə güclü siyasi iradə nümayiş etdirilməsi aktuallıq
qazanır. Dünyanın bir sıra nüfuzlu mətbuatı Çin faktorunu önə çəkərək yeni dünya
nizamında Çinlə əməkdaşlığın dərinləşdirilməsini vacib sayır, Pekinin maraqlarının
xarakterini izah etməyə çalışır. Əslində, bunun üçün olduqca ciddi səbəblər də var. Belə
ki, Böyük Britaniya Çinlə əməkdaşlıqdan imtina etmək tələblərinə uymağa həvəsli
olmadığını büruzə verməkdədir. İsrail isə Çinlə ortaq layihələrdən imtina etməyəcəyini
qətiyyən gizlətmir. Son məlumatlara görə, bu ölkə Çinlə indiyə qədər əldə olunmuş bütün
anlaşmalara sadiq qalmaq qərarı verib. Şübhəsiz ki, ABŞ bundan narazıdır, hətta
qəzəblidir. Ev İsrail hökumətindən israrla tələb edir ki, Çini dəstəkləməkdən vaz
keçsin, bu ölkə ilə bütün iqtisadi layihələr üzrə anlaşmaları ləğv etsin.
27
“Çin “Bir kəmər bir yol” layihəsini reallaşdırır”, http://www.kaspi.az/, istifadə tarixi: 16.05.2017.
28
Kissinger warns China and US to guard against all-out artificial intelligence conflict”, https://www.
scmp.com/news/china/diplomacy/article/3131771/china-and-us-must-guard-against-all-out-artificial,
istifadə tarixi: 30.04.2021.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
22
Avropa Birliyi
Son dövrlər gedən proseslər göstərir ki, AB Çinin yeni İpək Yolu layihəsinə rəqib
olmağı hədəfləyir. Belə ki, 1 dekabr 2021-ci ildə tarixində AB Komissiyasının sədri
Ursula von der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında AB-nin “Global
Gateway” (Qlobal Dəhliz konsepsiyası) adlı yeni strategiyasını təqdim edib. Sözügedən
planın yaxşı idarə olunacağını, şəffaf olacağını və davamlı olmayan borc səviyyələri ilə
nəticələnməyəcəyini vurğulayan von der Leyen “Qlobal Gateway”-in Çinin təşəbbüsünə
“əsl alternativ” olduğunu da vurğulayıb.
İctimaiyyətə təqdim edilən bu layihə çərçivəsində 2027-ci ilə qədər dövlət və özəl
resurslardan istifadə etməklə dünya miqyasında avtomobil yolları, dəmir yolları, elektrik
şəbəkələri yaradılması, Afrikada hidrogen istehsalı, dənizin altından keçməklə fiber optik
kabellər vasitəsilə Qara dənizə yüksək sürətli internet bağlantısının təmin edilməsi, İordan
çayı ilə İsrail arasında olan Qərb Sahili ərazisində yeni körpünün inşası kimi infrastruktur
layihələr həyata keçiriləcək, səhiyyə sisteminə investisiyalar qoyulacaq. “Global
Gateway” layihəsinin 300 milyard avroya başa gələcəyi planlaşdırılır.
Məlumdur ki, Çin “Bir kəmər bir yol” layihəsi çərçivəsində kredit dəstəyi ilə
yardım etməklə yanaşı, eyni zamanda həmin ölkələrə siyasi və iqtisadi üstünlüklər də
verir. Rəsmi Çinin məlumatlarına əsasən, Pekin hökuməti 2020-ci ilə qədər layihə üçün
təxminən 124 milyard avro təmin edib. Buna cavab olaraq “Global Gateway” layihəsində
Avropa şirkətlərinə ixrac dəstəyinin veriləcəyi nəzərdə tutulub. Bu yolla Avropa şirkətləri
regionlardakı rəqiblərinə və Çin şirkətləri kimi dövlət dəstəyindən faydalanan tərəf
müqabillərinə qarşı rəqabət qabiliyyətini artıracaqdır. Lakin məsələ ondadır ki, layihəni
həyata keçirmək və resursların maliyyələşdirilməsinə başlamaq üçün elan edilən “Global
Gateway” adlı yeni strategiya Avropa Şurası və Avropa Parlamenti tərəfindən də rəsmi
təsdiq olunmalıdır.
Nəticə
Nəticə olaraq deyə bilərik ki, geniş bir coğrafiyada rezonans effekti yaradacaq “Bir
kəmər bir yol” layihəsi yeni strateji reallıqların tərənnümü kimi qeyd olunur. Burada
əsas oyunçu rolunda Çinin çıxış etməsi gerçək amil olsa da, Şanxaydan Avropanın son
Atlantik sahillərinə qədər bir nəqliyyat oxunda düzlənən bütün region ölkələri bundan
fayda götürəcək. Xüsusilə bu çoxsaylı ölkələr ərisində öz geosiyasi və geostrateji
mövqeyi ilə seçilən, həmçinin tarixi İpək yolunun Şimal-Cənub nəqliyyat marşrutu ilə
kəsişdiyi mühüm geostrateji məkanda qərarlaşan Azərbaycan Respublikasının
özünəməxsus yeri var. Qeyd etmək lazımdır ki, müvafiq nəqliyyat-infrastrukturuna və
logistik imkanlara malik olan Azərbaycan mühüm tranzit üstünlükləri ilə fərqlənir.
2021-ci il aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit
okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional
əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” möv-
MAHİR İBRAHİMOV XƏZƏR REGİONUNDA CƏRƏYAN EDƏN...
23
zusuna həsr edilən 77-ci sessiyasında çıxışı zamanı (videoformat) Prezident İlham Əliyev
Azərbaycan tərəfinin mövqeyini bir daha təsdiqləmişdir. “Azərbaycan regionda dayanıqlı
sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan bir çox regional bağlantı
layihələrinin icrasına hüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən
Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur
nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və
logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit
okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən
keçirməyə dəvət edirəm”
29
.
Aydın məsələdir ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən digər
marşrutlar sisteminin də fəaliyyət qabiliyyətini artıracaq. Bu da öz növbəsində Azərbay-
can və İran Culfası arasında dəmiryol xəttinin açılışına və İranın dəmir yollarına çıxış
əldə etməyə imkan verəcək. Zəngəzur dəhlizi təkcə dəmir yolları ilə məhdudlaşmır, o
həm də avtomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin açılması həm də
avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq. Məlumdur ki, hazırda Türkiyədən
yüklər Azərbaycana Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə çatdırılır. Belə bir
marşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa
tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafi-
yasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və əlverişli olmasına
şərait yaradacaq.
Hazırda dünyada gedən proseslər onu göstərir ki, Çinin təqdim etdiyi “Bir kəmər,
bir yol” layihəsinin qlobal geosiyasi və geoiqtisadi düzənin formalaşmasında xüsusi rolu
olacaq. Layihə quru və dəniz marşrutları üzrə müxtəlif ölkələri əhatə edən nəhəng bir
sistemi xatırladır. Qeyd edildiyi kimi, prosesə Asiya və Avropanın çoxlu sayda dövləti
qatılmaqdadır. Layihə üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri odur ki,
iqtisadi əlaqələr ucuz, təhlükəsiz, sürətli, maneəsiz təşkil edilsin. Bu məqsədlə layihədə
şərti olaraq üç marşrut “Şimal yolu”, “Orta yol” və “Cənub yolu” əyyən edilib.
“Şimal yolu” Rusiya ərazisindən keçərək Avropaya uzanan, “Orta yol” Mərkəzi Asiya-
Azərbaycan-Gürcüstan-Türkiyəni əhatə edən marşrutu, “Cənub yolu” isə Cənubi Asiya
ölkələri ərazisindən keçərək İranı da əhatə edən istiqamətdir.
Məsələ burasındadır ki, bu üç əsas yol Cənubi Qafqazda Azərbaycan ərazisində
kəsişir. Rusiyadan “Şimal-Cənub” dəhlizi vasitəsilə Azərbaycana istiqamət vardır,
Mərkəzi Asiyadan gələn əsas yol “Şərq-Qərb” dəhlizi timsalında Azərbaycandan keçir,
“Cənub yolu” isə “Cənub-Qərb” marşrutu ilə yenə də Azərbaycan ərazisindən keçir.
Cənub-Qərb” marşrutu ilə Azərbaycanda iki istiqamət mövcuddur: biri Gürcüstan
istiqaməti, digəri isə Zəngəzur vasitəsilə Türkiyə-Avropa istiqaməti. Eyni zamanda,
29
“Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi Sosial Komissi-
yasının 77-ci sessiyasında videoformatda çıxışı təqdim edilib”, https://azertag.az/xeber, istifadə tarixi:
26.04.2021.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
24
cənubdan gələn yolun bir qolu şimala, Rusiyaya tərəf ayrıla bilər. Buna oxşar qayda ilə
Türkiyədən gələn yolun bir istiqaməti İran, digər istiqaməti isə Rusiya ola bilər. Onların
arasında isə tamamilə Azərbaycan ərazisindən keçməklə Mərkəzi Asiyaya uzanan marşrut
vardır. Bununla yanaşı, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində “Şimal-Cənub” və
“Cənub-Qərb” marşrutlarının Azərbaycan ərazisində kəsişərək Zəngəzur dəhlizi vasitəsilə
Avropaya yönləndirilməsi planı da mövcuddur.
Nəhayət, yeni dünya nizamının formalaşması kontekstində yanaşsaq Avropa ilə
Asiyanı birləşdirən və yeni alternativ bağlantı olan bir kəmər bir yol” layihəsi Bakı-
Tbilisi-Qars dəmir yolu xəttinin ə düşməsi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Kompleksinin yaradılması, Şimal-Cənub və həmçinin Zəngəzur nəqliyyat dəhlizlərinin
yenidən qurulması fonunda daha real görkəm alacaq.
ƏDƏBİYYAT SİYAHISI REFERENCES
1. “Ankaranın Asiyaya dönüşü: Türkiyənin yeni geosiyasi “yol xəritəsi”, http://newti-
mes.az/az/processestrends/6200/, istifadə tarixi: 30.08.2019.
2. Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və
Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı təqdim edilib”, https: //
azertag.az/xeber/, istifadə tarixi: 26.04.2021.
3. AMEA TİEA. Fond 1, опис 3, р. 158, Ч.I. Ханвей //32 Далнейщие щаги, пред-
принятые м-ром Эльтоном… Оппозиция Восточно-Индийкой и Турецкой Компа-
ний...
4. Azərbaycan və rkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
https://president.az/az/articles/view/52116, istifadə tarixi: 10.12.2020.
5. “Çin “Bir kəmər bir yol” layihəsini reallaşdırır”, http://www.kaspi.az/, istifadə
tarixi: 16.05.2017.
6. Pərvin Darabadi “Cənubi Qafqaz düyünü: çoxgedişli “geosiyasi oyun”, http://newti-
mes.az/az/processestrends/3573/, istifadə tarixi: 06.05.2015.
7. Xarici İşlər Nazirliyinin Tarix Arxiv İşləri, 2004- il üçün cari arxivi. İqtisadi
məsələlərə dair. ABŞ qovluğu. 14.06.2004. f.28, s.11.
8. “Qazaxıstandakı hadisələrin sifarişçisi detallar”, https://news.milli.az/world/
1009520.html, istifadə tarixi: 06.01.2022.
9. Adil Mirabdullayev, Rusiyanın postsovet məkanında geostrategiyası. Elm, Bakı
2008, 332 s.
10. Atatürk”ün söylev ve demeçleri'nin konular indeksi, hazırlayan Mehmet Evsile,
Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Atatürk Araştrma Merkezi, Ankara
1999.
11. Yanar Savaş, Türk-rus İlişkilerinde Gizli Güç Kafkasya, İQ kültür sanat
yayıncılıq, İstanbul 2002.
MAHİR İBRAHİMOV XƏZƏR REGİONUNDA CƏRƏYAN EDƏN...
25
12. Збигнев Бжезинский, Великая шахматная доска. Господство Америки и его
геостратегические императивы, Международные отношения, Москва 1999.
256 с.
13. Фабрицио Виелмини, «Роль теории Маккиндера в нынеш стратегическом
развертывание США в Евразии: проблемы и перспективы», Центральная Азия
и Кавказ, №4 (40), издательство СА and Cpress AB (Lulea, Sweden), 2005, 140 с.
14. Глазьев Сергей, Альтернативы. Новая книга З. Бжезинского Альтернативы.
«Геостратегия для Евразии», выдержки из которой недавно в «Независимой га-
зете» (от 24.10.97), вносит ясность во многие направления современной амери-
канской геополитики. Цена баланса. «Россофобия. Чтобы выжить, нам надо пе-
рестать надеяться на других», Независимая газета, (электронная версия
(EVNQ)). Номер 217 (1542), вторник. Полоса 5, Москва 18 ноября 1997.
15. Парвин Дарабади, Кавказ и Каспий в мировой истории и геополитике ХХI
века, Издательство «Весь мир», Москва 2010, 216 с.
16. «Декларация о союзническом взаимодействие между Российской Федерацией и
Азербайджанской Республикой», http://www.kremlin.ru/supplement/5777, istifadə
tarixi: 22.02.2022.
17. Александр Дугин. Указ. соч. с.243.
18. Анджей Панковский, «Большая игра» на Кавказе», http.press.net.by \1998\98_
02_12.441/40 armen.htm.
19. Олег Зотов, «Транскаспийский регион в начале ХХI века: геополитика реги-
онального сотрудничества» www.transcaspian.ru /cgi-bin/web.exe/rus/ s.1, 3,
istifadə tarixi: 30.08.2001.
20. Елена Дунаева, «Каспийский регион и Иран», Исламская Революция в
Иране: Прошлое, Настоящее, Будущее, Сборник статьей, Институт Восто-
коведения РАН, Москва 1999, 214 с.
21. «Кул-Мухаммед ответил на провокационные высказивания российского депу-
тата», https://tengrinews. kz/sng/kul-muhammed-otvetil-provokatsionnyie vyis-
kazyivaniya-422946/, istifadə tarixi: 12.12.2020.
22. «Путин объяснил, почему считает распад СССР крупнейшей катастрофой ХХ
века», https: // ria.ru/20170613/1496353896.html, istifadə tarixi: 03.03.2020.
23. «Специальный репортаж: Инициатива «Пояс и Путь» открывает новые возмож-
ности для взаимовыгодно сотрудничества между Китаем странами Централь-
ной Азии», Sinxua novosti, http://russian.ews. cn /2020-09/21/c_139384423.htm,
istifadə tarixi: 21.09.2020.
24. Фон Крейтор Николай, «Бжезинский и американская геополитика экспансио-
низма», Известия (газета), Москва 26 ноября 2001.
25. Kissinger warns China and US to guard against all-out artificial intelligence con-
flict”, https://www. scmp.com/news/china/diplomacy/article/3131771/china-and-
us-must-guard-against-all-out-artificial, istifadə tarixi: 30.04.2021.
26. Kumar Surendra S.Y. (Bangalore University), “China’s Belt and Road Initiative
(BRI): India’s Concerns, Responses and Strategies”, International Journal of China
Studies. 27 Vol. 10, No1, June 2019.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
26
27. Mackinder Halford John, (1861-1947). Democratic ideals and reality: a study in the
politics of reconstruction / by Sir Halford J. Mackinder; [edited by and] with a new
introduction by Stephen V. Mladineo, NDU Press defense classic ed. p. m Includes
index. 1. Reconstruction (1914-1939) 2. Geopolitics. 3. World politics 1919-1932.
1. Mladineo, Stephen V. II. Title. D655. M.18 1996 940.5'1- dc20/, National Defense
University Press, Washington, DC. 1996, 231 p.
28. Shichor Yitzhak, “China’s Belt and Road Initiative Revisited. Challengesand Ways
Forward”, https://www.worldscientific.com/doi/pdf 10.1142/S237774001850001X
istifadə tarixi: 12.12.2020.
29. Парвана Mustafazade, «Зовнішньополітичні відносини Азербайджану та США в
Каспійському регіоні», Вісник Львівського університету. Серія «Міжнародні
відносини» (lnu.edu.ua), (Polşa). ISSN 2078-4333), vipusk.46./19.552 (17.026),
Львів, 2019, 326 с.
MÜƏLLİF HAQQINDA MƏLUMAT INFORMATION ABOUT THE AUTHOR
İbrahimov Mahir Nadir oğlu tarix üzrə
fəlsəfə doktoru, aparıcı elmi işçi, AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutunun
əməkdaşı, Azərbaycan, Bakı.
Ibrahimov Mahir Nadir doctor of
Philosophy in history, leading
researcher, A.A.Bakikhanov Institute of
History, ANAS, Azerbaijan, Baku.
27
1917-1918-Cİ İLLƏRDƏ CAVAXETDƏ TÜRK-MÜSƏLMAN ƏHALİYƏ QARŞI
SOYQIRIM VƏ NƏTİCƏLƏRİ
© 2021 FƏXRİ HACIYEV*
*Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
ORCID: 0000-0002-8370-8316; e-mail: haciyevf@yahoo.com
Xülasə: 1917-ci il Oktyabr çevrilişindən sonra Cənubi Qafqazın bir sıra za-
larında olduğu kimi, qarışıq etnik rkibə malik Axalkələk qəzasında (Cavaxetdə) da
millətlərarası münasibətlər dözülməz həddə çatır. Bu qəzanın erməni kəndləri sürətlə
silahlanaraq özünümüdafiə dəstələri adı altında silahlı stələr yaradır yerli türk-
müsəlman əhaliyə (azərbaycanlılara və müsəlman gürcülərə) qarşı qətliamlar törədirlər.
Daşnak silahlı stələri Göyyə, Varevan, Kiçik Xosbiyyə, Böyük Xosbiyyə, Kulalis,
Sağamoy digər kəndləri mühasirəyə alıb yerlə-yeksan edirlər, uşaq qadınları
amansızcasına qətlə yetirir, sağ qalanları isə girov götürürlər.
Məqalədə 1917-ci ilin sonu və 1918-ci ilin ilk yarısında Axalkələk qəzasında türk-
müsəlman əhaliyə qarşı törədilən qətliam faktları arxiv nbələrinə və həmin dövrün
mətbuat məlumatlarına istinadən üzə çıxarılaraq elmi dövriyyəyə gətirilir, tədqiq olunur.
Açar sözlər: Cavaxet, Axalkələk, Göyyə, Xosbiyyə, qətliamlar.
THE CRIMES OF GENOCIDE AGAINST THE TURKIC-MUSLIM POPULA-
TION IN JAVAKHETI IN 1917-1918 AND ITS CONSEQUENCES
© 2021 FAHRI HAJIYEV*
* Ministry of Foreign Affairs of the Republic of Azerbaijan
ORCID: 0000-0002-8370-8316; e-mail: haciyevf@yahoo.com
Abstract: After the Bolshevik Coup (the October Revolution) of 1917, as in a num-
ber of South Caucasian uyezds (administrative subdivision), the inter-ethnic relations
reached an unbearable level in the Akhalkalaki uyezd (Javakheti), which has mixed ethnic
composition. The Armenian villages of this uyezd were armed under the pretext of self-
defense forces and these armed groups carried out the massacres against the local Turk-
ish-Muslim population (Azerbaijanis and Muslim Georgians). The paramilitary Dashnak
detachments, called self-defense forces, committed massacres of the local Turkic-Muslim
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
28
(Azerbaijani and Georgian) population, by sieging the Goyye (Kokia), Varevan, Khosbiy-
ye (Khospia), Kulalis, Sagamoy and other villages not sparing killed children, women
and the elderly people of the region.
In the article, the facts of the massacre of the Turkish-Muslim population in
Akhalkalaki district in late 1917 and the first half of 1918 were investigated with refer-
ence to archival sources and press reports of the period and included in the scientific
circulation.
Keywords: Javakheti, Akhalkalaki, Goyye (Kokia), Hosbiye (Khospia), Massacres.
ПРЕСТУПЛЕНИЯ ГЕНОЦИДА ПРОТИВ ТЮРКО-МУСУЛЬМАНСКОГО НАСЕ-
ЛЕНИЯ ДЖАВАХЕТИИ В 1917-1918 ГГ. И ЕГО ПОСЛЕДСТВИЯ
© 2021 ФАХРИ ГАДЖИЕВ*
*Министерство Иностранных Дел Азербайджанской Республики
ORCID: 0000-0002-8370-8316; e-mail: haciyevf@yahoo.com
Резюме: В начале 1918-го года межэтнические отношения в Ахалкалакском
уезде (в Джавахетии), как и в ряде провинций Южного Кавказа, имеющих смешан-
ный этнический состав, резко обострились. Военизированные дашнакские отряды,
именуемые силами самообороны, совершили массовые убийства местного тюрко-
мусульманского (азербайджанского и грузинского) населения, жестоким образом
расправляясь над жителями сёл Гёййе (Кокия), Вареван, Хосбийе (Хоспия), Кула-
лис, Сагамой этого региона, не щадя детей, женщин и стариков.
В статье, на основе первичных исторических источников и документов, ис-
следуются факты преступления геноцида против тюрко-мусульманского населе-
ния в Джавахетии, совершенные армянскими вооруженными группами в конце
1917 первой половине 1918 года.
Ключевые слова: Джавахетия, Ахалкалаки, Гёййе (Кокиа), Хосбийе (Хоспия),
геноцид.
Giriş
1918-ci ilin birinci yarısında türk-müsəlman əhalisi erməni şovinist-quldur dəstə-
lərinin kütləvi qırğınlarına məruz qalmış Cənubi Qafqaz bölgələrindən biri də Cavaxetdir.
Mənbələrdən bəlli olur ki, bu bölgənin erməni kəndlərinin sakinləri 1917-ci ilin
sonlarından etibarən tiflisli soydaşlarının stəyi ilə sürətlə silahlanaraq özünü-müdafiə
FƏXRİ HACIYEV 1917-1918-Cİ İLLƏRDƏ CAVAXETDƏ...
29
qüvvələri adı altında silahlı stələr yaradıb, yerli azərbaycanlılara müsəlman r-
lərə qarşı qətliamlar törətmişdirlər. Daşnak silahlıları Cavaxetin Göyyə, Varevan, Kiçik
Xosbiyyə, Böyük Xosbiyyə, Kulalis, Sağamoy və digər kəndlərini mühasirəyə alıb yerlə-
yeksan edərək, uşaq qadınları amansızcasına qətlə yetirmiş, sağ qalanları isə girov gö-
türmüşdürlər.
Qeyd olunmalıdır ki, 1828-1829-cu illər Osmanlı-Rusiya müharibəsinə qədər Ca-
vaxet bölgəsinin əhalisinin böyük əksəriyyəti Azərbaycan türklərinin subetnik qrupların-
dan olan Qazax-Borçalı əsilli qarapapaqlardan ibarət idi. Sözügedən müharibənin nəticə-
sində imzalanmış 1829-cu il Ədirnə sülh müqaviləsinin şərtlərinə əsasən bölgəyə kütləvi
şəkildə ermənilər məskunlaşdırılmış, yerli türksoylu əhali isə sıxışdırılıb Osmanlıya köç-
məyə məcbur edilmişdir. Beləliklə, Cavaxetin etnik xəritəsi süni şəkildə dəyişdirilmişdir
1
.
1 yanvar 1916-ilə aid statistik göstəricilərə görə, inzibati bölgüyə uyğun olaraq
ərazisi Cavaxet bölgəsini əhatə edən Axalkələk qəzasının əhalisi 100118 nəfərdən ibarət
olmuş, onlardan ermənilər 76624 nəfər (76, 53%), gürcülər 10039 (o cümlədən,
xristian gürcülər 7162, müsəlman gürcülər 2877), Azərbaycan türkləri (qarapapaqlar)
5431 (5,42%), duxoborlar 7106, kürdlər 904 nəfər təşkil etmişlər. Müqayisə üçün
qeyd edək ki, həmin vrdə qonşu Axısqa qəzasında 71477 fər qeydə alınmış,
müsəlmanlar (türklər və gürcülər) 51892 (72, 6%), xristian gürcülər 7497 (10,5%),
ermənilər 10060 (14%), kürdlər 1801 nəfərdən ibarət olmuşlar
2
.
1918-ci ildə Cənubi Qafqazın digər bölgələrində Bakı, İrəvan və Gəncə
quberniyalarında ermənilərin törətdikləri soyqırımları Azərbaycan tarixşünaslığında geniş
araşdırılsa da, həmin dövrdə Tiflis quberniyasının Axalkələk qəzasında törədilən soy-
qırımı cinayətləri tədqiqat obyektinə çevrilməmişdir. qalədə bu sahədə mövcud
boşluğun doldurulmasına hd edilərək, 1917-ci ilin sonu və 1918-ci ilin ilk yarısında
Axalkələk qəzasında türk-müsəlman əhaliyə qarşı törədilən qətliam faktları onun
doğurduğu nəticələr əsas etibarilə ilkin mənbələrə istinadən tədqiq olunur.
1917-ci ilin sonu 1918-ci ilin ilk yarısında Axalkələk qəzasında ictimai-siyasi
proseslər və türk-müsəlman əhaliyə qarşı qırğınlar
1917-ci il Oktyabr çevrilişindən sonra yaranmış hakimiyyət boşluğu xaos
nəticəsində Cənubi Qafqazın bir sıra qəzalarında olduğu kimi, qarışıq etnik tərkibə malik
Axalkələk (Osman nbələrində Ahılkələk) və Axısqa (rus gürcü nbələrində
Axalsıx, Axaltsixe) zalarında da millətlərarası münasibətlər gərginləşir. Çar Rusiya-
sının Axısqa şəhərində dislokasiya olunmuş 116-alayının silah-sursatının əmlakının
yeni formalaşan erməni və gürcü silahlı stələrinə təhvil verilməsi yerli türk-müsəlman
1
Fahri Valehoğlu, “Cavahet (Ahılkelek) Karapapakları”, Bizim Ahıska, №9, Ankara 2008, s. 45-46; Fahri
Valehoğlu, “Axalkələk qarapapaqları XIX-XX əsrin əvvəllərində: yaşam rzi və statistik göstəricilər”,
Prof. Dr. Hacali Necefoğluna ərmağan”, Kanyılmaz Matbaacılık, İzmir 2016, s. 81-86.
2
Кавказский календарь на 1917 год, Гл. упр. Кавказ. Наместника, Тифлис 1916, с. 210-213.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
30
əhalinin narazılığına və hiddətinə səbəb olur. Bu əhali qrupunun nümayəndələrinin onlara
da silah verilməsi tələbi ilə Axısqa za mərkəzinə dinc yürüşü şəhərin xristian sakinləri
arasında təlaş doğurur. Sonuncular rəfindən “özünümüdafiə komitəsi” yaradılır və ordu
silah anbarları talan olunur. 26 dekabr 1917-ci ildə Axısqa İcraiyyə Komitəsindən
müxtəlif ünvanlara şəhərin silahlı müsəlmanlar tərəfindən mühasirəyə alındığı barədə
teleqraflar ünvanlanır. Axısqadakı rus qarnizonunun isi panikada olan xristian əhalini
sakitləşdirməyə cəhd edərək, şəhərin heç s tərəfindən mühasirəyə alınmadığını
sakinlərin həyatına heç bir təhlükə olmadığını bəyan edir
3
.
Çox keçmədən silahlı türk-müsəlman dəstələrinin Axalkələk qəza mərkəzini də
mühasirəyə aldığı, Axısqa Axalkələk arasında teleqraf naqillərini kəsdiyi və
zorakılıqlar törətdiyi barədə yalan şayiələr yayılmağa başlayır. Tiflisin ermənipərəst
mətbu orqanlarında bu zmunda teleqramlar dərc olunur
4
. Axalkələkdə də rus ordu
birliyinə məxsus silah anbarı talan edilir. min ərəfədə (1917-ci ilin dekabr ayının
ortaları) Axalkələkdən 18 verstlik məsafədə, Aleksandropol (Gümrü) yolu üzərində
yerləşən duxobor kəndi Boqdanovkada qonşu Xocabəy kəndinin erməniləri tərəfindən
qəddarcasına Ağbaba mahalının 8 qarapapaq sakini öldürülmüşdü. Qatillər öz əməllərinə
haqq qazandırmaq üçün tlə yetirilən şəxslərin teleqraf xətlərini kəsmək məqsədilə poçt
kontoruna hücum etdiyini desələr də, şahidlərin sözlərindən Boqdanovkada öldürülən
azərbaycanlıların tamamən suçsuz olduğu aşkar olur. Tiflisdə yayımlanan rusdilli
“Vozrojdeniye” qəzetində bu barədə yazılırdı:
“...Qətlin şahidləri bildirirlər ki, tatarlar* tərəfindən teleqraf xətlərinə
heç bir təcavüz olmamışdır. Sayları 10 fərdən ibarət olan tatarlar
daimi köç yerlərinə apardıqları qoyun sürüsünün önündə gedirdilər.
Cəmi ikicə xəncərlə silahlanmış 10 tatarın gəlişi Boqdanovkada həyəcan
yaratdı. Qorxudan ağıllarını itirmiş ndlilər (ermənilər) tatarlara atəş
açdılar atlarını çapıb uzaqlaşmağı bacaran ikisindən başqa hamısını
öldürdülər. Öldürülənlərin cəsədlərini kəsib-doğradılar. Tatarların bu
təhqir olunmuş sədləri onların qətli zamanı Boqdanovkada olan
əsgərlərin dediyinə görə, yandırıldı. Deyirlər ki, tatarların teleqraf
xəttinə hücum etməsi görüntüsü yaratmaq məqsədilə teleqraf
sütunlarından biri milis rəfindən yüngülcə mişarlanmışdı. Ümumiy-
yətlə, hadisələri şişirtmək, Axalsıx müsəlmanlarının ermənilər və
gürcülər kimi, onlara da silah verilməsi tələblərini qiyam, üsyan
müharibəyə çevirmək tendensiyası müşahidə olunur...”
5
.
3
Возрождение (газета), №10, Тифлис 14 января 1918.
4
Кавказское слово (газета), №288, Тифлис 31 декабря 1917.
* tatar burada və bundan sonra Azərbaycan türkü.
5
Возрождение, №10, 14 января 1918.
FƏXRİ HACIYEV 1917-1918-Cİ İLLƏRDƏ CAVAXETDƏ...
31
1918-ci il yanvarın 22-də Axalkələk qəzasının icraiyyə komitəsi qəzanın Tiflis
quberniyasından ayrılıb ermənilərin çoxluq təşkil etdiyi Aleksandropol quberniyasına
birləşdirilməsi haqqında rar qəbul edir
6
. Bu qeyri-qanuni qərar yerli gürcü, türk rus
(duxobor) əhalinin narahatçılığına səbəb olur
7
. Erməni millətçi təşkilatları tərəfindən eyni
səpkili tələblər Borçalı qəzası ilə bağlı da sləndirilir. Baş verənlərə gürcü ictimaiyyəti
və mətbuatı sərt təpki göstərir. “Vepxvi” (gürcü dilindən tərcüməsi: bəbir) imzalı müəllif
“Sakartvelo” zetinin 1918-ci il 10-cu sayında rc etdirdiyi yazısında Borçalı
Axalkələk qəzalarının rhədlərinin dəyişdirilməsinə heç bir əsas olmadığına diqqəti
çəkir
8
. Çox keçmədən “Sakartvelo”nun başqa bir buraxılışında görkəmli gürcü ictimai
xadimi, Cavaxetdə (Axalkələk qəzasında) yaşayan yazıçı-publisist İlya Alxazişvilinin
“Cavaxetin Gürcüstandan “qoparılması” başlıqlı irihəcmli məqaləsi çap olunur. Məqalədə
əllif tərəfindən Cavaxetin coğrafi mövqeyi barədə məlumat verilir və onun Gürcüstan
üçün iqtisadi hətdən önəmi qeyd olunur, eyni zamanda ermənilərin Cavaxetə 1828-
1830-cu illərdə Ərzurumdan köçürüldükləri və hələ M.Vorontsovun canişinliyi
dövründən Cavaxeti Tiflis quberniyasından ayırıb İrəvan quberniyasına birləşdirməyə
çalışdıqlarını xatırladılaraq cavaxlıların “su torpağı” onlara güzəştə getməyəcəkləri
ifadə olunur
9
.
Qeyd olunan siyasi fəaliyyətlərə paralel olaraq Axalkələk və Axısqa qəzalarının
erməni kəndləri Gürcüstan ermənilərinin milli şurasının (GEMŞ) stəyi ilə sürətlə
silahlanaraq özünümüdafiə dəstələri adı altında yerli türk-müsəlman (Azərbaycan türkləri
və müsəlman gürcü) əhaliyə qənim kəsilən quldur dəstələri yaradırlar. Erməni mən-
bələrindən bəlli olur ki, Axısqa qəzasında ilk olaraq Damala ndində, Axalkələk
qəzasında isə Azarvet və Alastan kəndlərində silahlı quldur stələri formalaşdırılır. 250
nəfərlik Damala dəstəsinə Mato (Martiros) Saakyan, 300 nəfərlik Azarvet və Alastan
dəstəsinə isə Petros (Petuş) Darbinyan başçılıq edirlər. Axalkələk şəhər başçısı
M.Markaryanın hbərliyi altında “Axalkələk qəzasının müdafiə komitəsi” yaradılır.
Erməni silahlı dəstələrinin təşkil olunmasına köməklik göstərməsi və bu dəstələrə koman-
danlıq etməsi məqsədilə GEMŞ polkovnik Arakelyanı bir neçə kiçik rütbəli zabiti
Tiflisdən Axalkələyə ezam edir. Eyni zamanda GEMŞ tərəfindən Axalkələk ermənilərinə
1200 nəfərlik hərbi sursat, 500 tüfəng, 66 min patron və 4 pulemyot göndərilir
10
.
Hadisələrin sonrakı inkişa göstərir ki, ermənilərin yuxarıda vurğulanan hazırlıq
fəaliyyətlərinin özünümüdafiə ilə heç bir əlaqəsi yox idi və öncəliklə Axısqa-Axalkələk
6
Sakartvelo (gürcü dilində qəzet), №28, Tiflis 4 fevral (17 fevral) 1918.
7
Возрождение, №34, 13 февраля 1918.
8
Sakartvelo, №10, 13 (26) yanvar 1918.
Cavaxlı - gürcülərin Cavaxetdə yaşayan etnoqrafik qrupu.
9
Sakartvelo, №28, 4 fevral (17 fevral) 1918.
10
Артюш Саносян, «Плечом к плечу против врага», Хорурдаин Айастан (газета), Ереван 1988-1989,
http://javakhk1915-23.com/index_en.php?rpage=http://javakhk1915-23.com/J15-23_docs/J15-
23_docs_sanosian_1_shoulder_ru.html, istifadə tarixi 26.09.2018.
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
32
bölgələrində etnik təmizləmələr həyata keçirmək məqsədini daşıyırdı. Axısqadan rqli
olaraq Axalkələk qəzasında əhalinin böyük say üstünlüyünə malik olmalarından istifadə
edərək, onlar burada Göyyə, Xosbiyyə, Kulalis, Varevan, Okam, Patkana, Alandza,
Sağamoy digər kəndlərin yerli türk-müsəlman əhalisinə qarşı talanlar, amansız
qırğınlar və qətliamlar törətməkdən belə çəkinmirlər. Bu barədə faktlar həm dövrün zet
səhifələrində, həm də türk, rus, gürcü erməni məmur və hərbçilərinin raportlarında öz
əksini tapır.
Osmanlının Şimal-Şərqi Anadoluda dislokasiya olunmuş hərbi korpusun
komandanı general-mayor Yaqub Şevki (Subaşı) Oltu səbəsindən tabe olduğu 3-
ordu komandanlığına 21 aprel 1918-ci il tarixli məruzəsində bildirirdi:
Axalkələk məntəqəsində təcəmmü etmiş (cəmləşmiş) ermənilərin
Axalkələk ətrafında Axalkələk ilə Ərdahan arasında yerləşən
məntəqələrdəki əhaliyi-İslamiyyəyi qətliam etməkdə olduqları barədə
mükərrərən (təkrarən) və mevsukan (etibarlı) nbələrdən xəbər
alınmaqdadır. Qrup (komandanı olduğu rbi korpus nəzərdə tutulur
F.V.) bütövlükdə Qars ətrafına göndərilmiş bu məntəqədəki
ermənilərlə məşğul olduğundan Axalkələk ətrafına kuvayi-qafiyə
(yetərli qədər hərbi qüvvə) göndərilməsi hazırda mümkün deyil. İslam
əhlinin can və mallarının xilas edilməsi üçün mümkünsə, Batum
ətrafından kuvayi-qafiyənin Ərdahan-Axalkələk xəttinə təcili şəkildə
göndərilməsinə əmr və icazə verilməsini xahiş edirəm”
11
.
Y.Şevki 3- ordu komandanlığına 16 may 1918-ci ildə ünvanlandığı başqa bir
məktubunda isə 1 may 1918-ci ildə Axalkələk ətrafındakı ndlərin ermənilər tərəfindən
yandırıldığını, əhalisinin yox edildiyini məruzə edirdi
12
.
Cavaxetdə törədilmiş soyqırım cinayətləri barədə rus hərbi həkimi(1-ci Aksire
Dairəsi müfəttişi) Xoroşenko raportunda yazırdı:
“1917-ci ilin dekabrından 21 may 1918-ci il tarixinə qədər ermənilərin
Axalkələk qəzasındakı yerli müti müsəlman xalqa qarşı törətdikləri
vəhşiliklərdən bəhs edəcəyəm.
İstər yerli gürcülərin mənə anlatdıqlarına görə, istərsə də, gözlərimlə
gördüklərimi dolu göz yaşlarımla yazmağa başlayıram:
Keçən ilin (1917 F.V.) dekabr ayının ortasına doğru ağbabalı 8
müsəlman duxoborlardan quru ot satın almaq üçün Boqdanovka kəndinə
(Axalkələyin cənubundakı Xonçalı gölünün şərqində yerləşən rus
kolonistlərinin yaşadığı kənd) gəlmişdilər. Bunu əvvəlcədən bildirim ki,
11
Askeri Tarih Belgeleri Dergisi, Genelkurmay Askeri Tarih ve Stratejik Etüt (ATASE) Daire Başkanlığı
Yayınları, Ankara 1983, №83, sənəd №1938, s. 227, 229.
12
Askeri Tarih Belgeleri Dergisi, №81, sənəd №1879, s. 428-432.
FƏXRİ HACIYEV 1917-1918-Cİ İLLƏRDƏ CAVAXETDƏ...
33
həmin zaman təhlükəsizlik məsələləri yerində olduğundan adıçəkilən
müsəlmanların üzərilərində silah deyilən bir şey yox idi. Xocabəy
kəndinin erməniləri bu xəbəri eşidincə, tez oraya gəlib bu 8 müsəl-
mandan 4-ncərləyərək öldürdükdən sonra gözlərini ovmuş, dilləri
ilə bədənlərinin digər qismini də kəsib vücudlarını parça-parça edərək,
müxtəlif təhqirlər etmişdilər. Qalan 4- tüfənglə öldürmüşdülər.
Bundan sonra parçalanmış sədləri oda verərək yandırmış, tüfənglə
öldürülən 4-nün cəsədini də sonradan ağbabalılara vermişdilər.
Ermənilər 1918-ci ilin yanvar ayından etibarən müsəlman kəndlərinə
hücum etyə başladılar. Öncə “silahlarınızı bizə təhvil verin, sizlərə
əsla toxunmayacağıq” deyərək söz verdilər. Ermənilər bu sözlərinə
inanan müsəlmanların əllərindəki silahları aldıqdan sonra onların
kəndlərinə hücum edib sakinləri öldürməyə, kəndlərini dağıdıb yandır-
mağa əşyalarını yağmalamağa başladılar. Beləliklə, Xosbiyyə,
Kokia, Varevan, Tok, Okam, Kulalis, Patkana, Sağamoy, Kuvaşa,
Alandza və Xumris kəndlərini yandırdılar; dirriklərini, heyvanlarını
bütün əşyalarını özləri ilə apardılar; buralarda yaşayanların zilərini
yerindəcə öldürdükdən sonra sağ qalan kişilər ilə bütün qadınları dustaq
olaraq Axalkələk qəzasındakı bir düşərgədə topladılar. Axalkələk
kampında dustaq edilmiş müsəlmanlara 24 saatda 1 funt (400 qr) çörək
ilə sudan başqa bir şey vermədilər. Soyuq düşərgədə ac və sağlamlığa
zərərli şərtlər içində olan müsəlmanlar arasında tif (yatalaq) stəliyi
yayıldı. Həkimlər əsirlərin daha yaxşı bəslənmələri, təmiz saxlanılmaları
üçün müraciət etsələr də, ermənilər buna qulaq asmayaraq müsəlmanları
soyuq və natəmiz düşərgədə ac saxlamağa davam etdilər. Nəticədə
müsəlmanlar hər gün ölürdülər. Müsəlmanlara edilən yardımlara belə
ermənilər əngəl olur, hətta onları ziyarətə gələn yaxınlarının da əsir
düşərgələrinə yaxınlaşmalarına icazə vermirdilər.
Fəqət 21 may 1918-ci ildə türk silahlı qüvvələri Karsak kəndinə
gələndə bütün ermənilər qaçışmağa başladılar. Qaçışarkən də axşam
saat 5-də dustaq müsəlmanları ncər və tüfənglərlə öldürdükdən sonra
onların qaldığı evlərin damlarını üzərilərinə aşıraraq, cəsədlərini də bu
evlərin dağıntıları altında buraxdılar. Bir çoxlarının sədlərini də
üzərinə kirəc tökərək çuxurlara atdıqdan sonra üstlərinə kerosin tökərək
yandırdılar.
Kokia − rus, gürcü və erməni mənbələrində Göyyə belə adlandırılır (F.V.).
AZƏRBAYCAN TARİXŞÜNASLIĞI 2021 № 1 (82)
34
Bu da XX əsrin “Ermənistan”ında yaşayan dəni ermənilərin törət-
dikləri vəhşilik”
13
.
Xoroşenkonun bu raportu həmin dövrdə Tiflisd