ArticlePDF Available

Innovation Based Economic Development and the Importance of Government Promotion

Authors:
JOURNAL OF QAFQAZ UNIVERSITY- ECONOMICS AND ADMINISTRATION
2013. Volume 1, Number 2 Pages 231-240
231
UOT:330.341.1:62
İNNOVASİYA ƏSASLI İQTİSADİ İNKİŞAF VƏ
DÖVLƏT TƏŞVİQLƏRİNİN ƏHƏMİYYƏTİ
Altay İSMAYILOV, Xətai ALIYEV
Qafqaz Universiteti
Bakı / AZƏRBAYCAN
aismayilov@qu.edu.az, xaliyev@qu.edu.az
XÜLASƏ
Texnologiyanın sürətli inkişaf etdiyi və əmtəələr arası rəqabətin güclü olduğu müasir dünya bazarında iqti-
sadiyyatlar innovasiyaların tətbiqi vasitəsiylə rəqabət gücünü artırmağa çalışır. İqtisadiyyatın innovasiya tərəfinin
gücləndirilməsi Azərbaycan üçün də prioritetdir. Mövzunun əhəmiyyətini nəzərə alaraq bu məqalədə innovasiya
və onun iqtisadi inkişafda rolu hərtərəfli tədqiq olunmuş, innovasiya prosesinin mərhələli analizi şərh edilmişdir.
Araşdırma nəticələrindən aydın olur ki, innovasiya prosesi ideyalar ətrafında ilkin araşdırmalar ilə başlayıb uzun
bir proses sonrasında innovasiyaların istehsalatda tətbiq olunması və əmtəənin bazara çıxarılması ilə başa çatır.
Makroiqtisadi baxımdan analiz olunarsa istehsalatda innovasiyaların tətbiqinin intensivləşdirilməsi və innovativ
əmtəə istehsalının artırılması iqtisadi inkişafın innovasiya əsaslılığı artmış olar. Bununla belə, Azərbaycanda innova-
siyalarla bağlı mövcud vəziyyət bəzi problemlər səbəbiylə o qədər də ürəkaçan deyil. Bu araşdırmada sadalanan
problemlərin həlli və innovasiyaların istehsalatda tətbiqinin intensivləşdirilməsi məqsədli dövlət dəstəyinin daha
effektiv ola bilməsi üçün Broker Dövlət Mexanizmi təklif olunmuşdur.
Açar Sözlər: İnnovasiya, İqtisadi İnkişaf, Azərbaycan, Broker Dövlət Mexanizmi.
INNOVATION BASED ECONOMIC DEVELOPMENT AND
THE IMPORTANCE OF GOVERNMENT INCENTIVES
ABSTRACT
In time of high speed technological developments as well as strong competition in contemporary world markets,
economies focus on the application of innovations in order to deal with the competition. Strengthening innovation
side of the economy is also the priority for the Republic of Azerbaijan. Taking into consideration the significance
of this topic, this article investigates the notion of innovation and its role in economic development, and interprets
the process of innovation with all stages of the process. The research concludes that innovation process starts with
initial investigations over the ideas and as a long process, ends with application of the innovations in production
and introducing the products for sale in the markets. In macroeconomic point of view, intensive application of in-
novations in production and expanding innovation based production, would lead to the increase in the share of
innovation based production in economic development. Nevertheless, current situation around innovations is not
encouraging because of several problems. In this research, Broker State Mechanism has been suggested in order
to increase efficiency of government support, to solve the mentioned problems as well as to intensify applications
of the innovations in production in Azerbaijan economy.
Keywords: Innovation, Economic Development, Azerbaijan, Broker State Mechanism.
ИННОВОЦОННФЯ РАЗВИТИЕ ЭКОНОМИКИ И ЗНАЧИМОСТЬ ГОСУДАРСТВЕННЫХ ПООЩИРЕНИЙ
РЕЗЮМЕ
В современном мире, где с увеличенным темпом развивается технологии, и соперничество на товарном
рынке высоко, экономики стараются увеличить свою конкурентноспособность с помощью приминением
инноваций. Усиление иноовационной стороны экономики является приоритетом для Азербайджана. Учи-
тывая важность темы, в настоящей статье раскрывается этапный анализ инновационного процесса, и роль
инноваций в экономическом развитии. В результате исследований выясняется, что инновационный процесс
начинается с первоначальными разработками вокруг идеии и заканчивается после длительного процесса -
с выходом тавара на рынок и приминением инноваций в экономике. Если, анализировать это с точки зре-
ния макроэкономики, увеличение инновативного торварного производства и интенсивное приминение ин-
новаций в производстве, повышает инновативную основу экономического развития. Несмотря на это, ны-
Altay İsmayılov, Xətai Alıyev
232
нешнее состояние в сфере инноваций в Азербайджане не очень хорошо в связи с определенными пробле-
мами. Для решения проблем, подчеркнутых в этой статье, а так же, для усиления темпа приминения инно-
ваций в производстве и эффективности государственной поддержки, предлагается Брокерский Государст-
венный механизм.
Ключевые слова: инновация, Экономическое развитие, Азербайджан, Брокерский механизм.
Giriş
Dünya təcrübəsində iqtisadi inkişafa istiqa-
mətlənmiş modellər və dövlət təşviqləri za-
man keçdikcə dəyişərək yeni modellərin və
təşviq alətlərinin yaranmasına gətirib çıxar-
mışdır. Texnologiyanın sürətli inkişaf etdiyi,
zaman və məsafə amilinin bir problem kimi
ikinci plana keçdiyi qlobal iqtisadi sistemdə
iqtisadi rəqabətlilik məsələsi gün keçdikcə
daha da ön plana çıxır. Bu baxımdan, firma-
lar və dövlətlər istehsalatda innovativ vasi-
tələrdən istifadənin artırılması və innovasi-
ya əsaslı məhsulların istehsalı üçün əhəmiy-
yətli dərəcədə maddi xərcləmələri göz önü-
nə alaraq müxtəlif təşviq vasitələrindən is-
tifadə etməkdədirlər.
İnnovasiya əsaslı iqtisadi inkişafdan əvvəl
innovasiya terminin və innovasiyaya gedən
yolun aydın başa düşülməsi vacibdir. Bu
məqalənin məqsədi də innovasiya termini-
ni diqqətə almaqla innovasiya prosesinin mər-
hələli analizini aparmaq, innovasiya əsaslı
iqtisadiyyatla sənaye əsaslı iqtisadiyyatı qar-
şılıqlı müqayisə edərək mövcud üstünlükləri
ortaya çıxarmaq, iqtisadi inkişafda innova-
siyanın rolunun artırılması üçün tətbiq olu-
na bilinəcək dövlət təşviqlərindən bəhs edə-
rək Azərbaycan üçün tövsiyyə məqsədli tək-
liflər verməkdən ibarətdir.
İnnovasiya Nədir?
İnnovasiya deyildikdə adətən yenilik vəya
yeni texnologiyalardan istifadə başa düşülür.
Wijnberg innovasiyanı dəyərinin akıcılar tə-
rəfindən müəyyənləşdirildiyi yeni bir əmtəə
kimi təqdim edir [1, s. 1416]. Əslində isə in-
novasiya daha geniş bir məna daşıyır. Belə
ki, innovasiya qısaca olaraq yeni ideyaların
məhsullara, istehsal prosesinə və ya istehsal-
çı firmanın bazar dəyərini artıracaq hər hansı
bir fəaliyyətə tətbiqi kimi xarakterizə olunur
[2, s.5]. Yəni burada innovasiya dedikdə pro-
sesin iştirakçıları olaraq yeni ideyalar, isteh-
sal olunan məhsul, istehsal prosesi və firma-
nın bazar dəyəri nəzərdə tutulur. Başqa söz-
lə, innovasiya üçün yeni ideyalar bir başlan-
ğıcdır. Bu yeni ideyalar istehsal olunan məh-
sullara və ya istehsal prosesinə tətbiq olun-
duğu zaman innovasiya prosesi başa çatmış
sayılır.
Bazar iqtisadiyyatı sistemində firma daxili
fəaliyyətlərin son hədəfi firmaların bazar də-
yərini artırmaq olduğu üçün bu məqsədə xid-
mət edəcək istənilən yeni ideyanın tətbiqi
də innovasiya sayılır. İnnovasiya ilə ixtira və
ya kəşflər arasındakı fərqin bilinməsi vacib-
dir. Hər hansı yenilik, ixtira və ya kəşf yal-
nız tətbiq olunduğu, bazara çıxarıldığı və
alıcılar və digər firmaların bu yeniliklərdən
faydalana biləcəyi şərait yaradıldığı halda
innovasiya prosesi reallaşmış sayılır [3,s.5].
Əlbəttə ki, burada söhbət əqli mülkiyyət hü-
quqlarının qorunması konteksində digər fir-
maların bu innovasiyadan istifadəsindən gedir.
İnnovasiyanın Növləri
İnnovasiyanı tətbiqi və harada istifadə olun-
ması baxımından iki növə ayırmaq olar [3,s.4]:
- Məhsul (mal və ya xidmət) innovasiyası
- Proses innovasiyası
Məhsul innovasiyası: yeni bir məhsulun ba-
zara təqdim olunması və ya hər hansı köhnə
məhsul üzərində ciddi keyfiyyət dəyişikliyi
edilərək bazara yenidən çıxarılması demək-
dir. Adından da göründüyü kimi innovasi-
yanın bu növü əmtəə və xidmətlərlə əlaqə-
dardır. Hər hansı yeni növ məhsulun isteh-
salı və bazara çıxarılaraq alıcılara təqdim
İnnovasiya əsaslı iqtisadi inkişaf və dövlət təşviqlərinin əhəmiyyəti
233
olunması məhsul innovasiyasının ortaya
çıxmasına səbəb olur. Bu innovasiya növü
də öz növbəsində xüsusiyyətindən asılı ola-
raq əmtəə, xidmət və bu ikisinin qarışığı ol-
maqla üç növə ayrılır.
Əgər yeni təqdim olunan məhsul əllə tutula
biləcək xüsusiyyətdə isə bu yeni bir əmtəə
innovasiyası adlanır. Məsələn; hər hansı yeni
bir texnologiya (dəzgah, alət və s.). Digər tə-
rəfdən əgər innovativ məhsul əllə tutula bi-
ləcək xüsusiyyətdə deyilsə bu xidmət inno-
vasiyası adlanır. Xidmət innovasiyasına mi-
sal olaraq kompyuter proqram paketlərini,
mobil operatorlar tərəfindən təqdim edilən
müxtəlif tipli xidmətləri misal göstərmək
olar. Əmtəə və xidmət qarışığı olaraq birlik-
də bazara təqdim edilən innovasiyalar isə
qarışıq innovasıyalar adlanır. Qarışıq inno-
vativ məhsullara nümunə olaraq son dövrlər-
də bazara təqdim olunan, məxsusi olaraq ya-
zılmış proqramlara sahip son növ texnologi-
yaları-kompyuter və mobil telefonları gös-
tərmək olar. Yəni bu tip məhsullar əllə tutul-
ma xüsusiyyətinə sahibdir ancaq, xüsusi ola-
raq yazılmış proqram olmadan məqsədi üz-
rə istifadə oluna bilmir.
Proses innovasiyası: Yeni bir prosesin isteh-
salatda tətbiq olunması deməkdir. Əlbəttə,
ilk əvvəl bir məhsulun istehsal olunması üçün
izlənilən prosesdə yeniliklərin tətbiqi inno-
vasiyanın bu növünə aiddir. Məsələn, bir av-
tomobilin yığılması üçün əvvəllər əl əməyin-
dən istifadə olunurdu ki, bu həm üzün za-
man alır, həm də nöqsanların baş vermə eh-
timalını artırırdı. Amma sonralar istehsal
prosesində yeni növ avtomatlaşdırılmış tex-
nologiyaların və ya robotların tətbiqi isteh-
sal prosesini daha sürətli və keyfiyyətli hala
gətirdi. Bununla belə proses innovasiyası de-
dikdə ağıla sadəcə məhsulun istehsalat ye-
rində yeni növ prosesin tətbiqi gəlməməlidir.
Firmaların marketinq strategiyalarında izlə-
nilən proses baxımından yeniliklərin tətbi-
qi və buna bənzər digər innovasiya əsaslı fə-
aliyyətlər də proses innovasiyası tərkibinə
aiddir.
İnnovasiya Prosesi
Yuxarıda da qeyd edildiyi kimi, innovasiya-
nın ortaya çıxması öz-özlüyündə bir prose-
sin sonunda baş verir. Bu mənada innovativ
məhsulların və ya proseslərin bir anda orta-
ya çıxması gözlənilməməlidir. Aşağıdakı di-
aqramda innovasiya prosesi bütnlükdə mər-
hələlərə ayrılaraq, iştirak edən agentliklər və
hər mərhələdə reallaşan fəaliyyətlər konteks-
tində göstərilmişdir.
Innovativ əmtəələr iqtisadi böyümədə vacib
rol oynayır. Dəyişimin davamlı və əvvəlcə-
dən proqnozlaşdırıla bilinmədiyi rəqabət şə-
raitində innovasiyaların tətbiqi firmalar üçün
vacib şərtdir [4,s.46]. Innovasiya əsaslı iqti-
sadi inkişafa nail olmaq üçün bütün daxili
və xarici qaynaqların aktiv istifadəsi tələb
olunur [5,s.9]. Aşağıdakı şəkildən da görün-
düyü kimi innovasiya prosesi xarici və fir-
ma səviyyəli təşəbbüslərlə ortaya çıxaraq in-
kişaf edir və bazar səviyyəli proseslərlə so-
na çatır. Əsas olaraq üç mərhələdən ibarət
olan innovasiya prosesi yeni ideyalar üzərin-
də araşdırma və inkişaf (Research and De-
velopment (R&D)) mərhələsi ilə başlayıb,
investisiya qoyuluşunu içinə alan maliyyə-
ləşmə mərhələsi ilə davam edir və yeni inno-
vativ məhsulların bazarda performansını əks
etdirən yayılma mərhələsi ilə başa çatır. Fə-
aliyyətlər baxımından isə şübhəsiz ki, orta-
ya cıxan problem və ya innovasiya ehtiyacı
ilə əlaqədar ilkin araşdırma ilə başlanır. Çün-
ki, innovasiyanın təməli olan ideyalar və ye-
ni fikirlərin bir anda ortaya çıxmasına bəlkə
də nadir hallarda rast gəlmək olar. Bununla
belə, ilkin araşdırmalar nəticəsində məqsədə
istiqamətlənmiş ilkin ideyalar ortaya çıxır.
İnnovativ nəticələr əldə edilməsi üçün müt-
ləq ilkin ideyalar haqqında informasiya top-
lanmalı və tətbiqi araşdırmalar aparılmalı-
dır. Buraya qədərki fəaliyyətlər isə həm xa-
rici həm də firma səviyyəli təşəbbüslərlə re-
allaşdırıla bilər. Nəticə olaraq isə tədqiqat
mövzusu ilə əlaqədar ixtiralar və planlar or-
taya çıxır.
Altay İsmayılov, Xətai Alıyev
234
Bundan sonrakı mərhələdə firma səviyyəli
təşəbbüslərlə həyata keçirilən fəaliyyətlər
başlayır. Tətbiqi araşdırmalar nəticəsində əl-
də olunan ixtiralar və planlar testdən keçiri-
lir və nəticədə prototiplər və beta versiyalar
hazırlanır. Bundan sonra innovasiyanı ixti-
radan fərqləndirən əsas mərhələ, tətbiq mər-
hələsi başlanır. Əldə edilən prototiplər üzə-
rindən istehsala və ya planın tətbiqinə başla-
maq üçün investisiya qoyuluşu həyata ke-
çirilir. Nəticə olaraq yeni bir məhsul və ya
proses innovasiya olaraq ortaya çıxır və ba-
zara - alıcıların istifadəsinə təqdim olunur.
Əgər bu innovativ məhsul bazarda alıcılar
tərəfindən satın alınma prosesində bazara
nüfuz etmək baxımından problemlərlə üzlə-
şirsə alıcılardan gələn təkliflər (feedback) nə-
zərə alınaraq təkmilləşdirmə aparılır. Əgər
problemlər ciddi deyilsə təkmilləşdirmə apa-
rılaraq məhsul yenidən alıcıların istifadəsinə
təqdim olunur. Yox əgər problemlər ciddi-
dirsə və həlli yeni investisiya qoyuluşu tələb
edirsə yenidən investisiya qoyularaq daha
təkmilləşdirilmiş innovativ məhsul əldə olu-
nur və bazara çıxarılır.
İnnovasiyanın ortaya çıxa bilməsi üçün uy-
ğun mühitin yaradılması çox vacibdir. Mü-
təxxəsislər innovasiyanı dörd fəaliyyətin bir-
ləşməsindən ortaya çıxan bir nəticə olaraq
təsvir edirlər. Bunlar aşağıdakılardır [6, s.
11-12]:
Şəkil 1: İnnovasiya prosesi mərhələlərlə
Mənbə: Christine Greenhalgh, Mark Rogers. Innova-
tion, Intellectual Property, and Economic Growth. Prin-
ceton University Press, 2010, s.7.
1) Expertise –Əlaqədar şəxslərin yeni kəşf-
lər üçün lazım olan qaynaqlarla təmin
edilməsi vacibdir. Mövzu ilə əlaqədar
ekspertlər əllərində kifayət qədər qaynaq-
la və digər maddi-sosial dəstəklərlə tə-
min olunmazsa innovasiyaya istiqamət-
lənmiş yeni ideyaların ortaya çıxması və
keyfiyyəti qənaətbəxş olmaz.
2) Interaction – ortaya atılan istənilən yeni
ideyalar ətrafında əlaqədar mütəxəssis-
lərin fikir mübadiləsi aparması üçün mün-
bit şərait yaradılmalıdır. Xüsusən də üz-
üzə(face-to-face) şəklində adlandırılan
qarşılıqlı mükazirələrin aparılması inno-
vasiyanın effektivliliyini ciddi şəkildə
yüksəldər. Bu gün komanda işi (team-
work) nəticəsində formalaşan sinerji k-
onteksində innovasiyaya hədəflənmiş fə-
aliyyətlərdə fikir mübadiləsinin aparıl-
ması olduqca zəruridir.
Şəkil 2: İnnovasiyaya aparan yol
3) Diversity-innovasiyaların ortaya çıxma-
sında yeni ideyaların digər sahə mütəx-
xəsislərinin iştirakı ilə də müzakirələrə
tamamiləıq olması vacib məsələlərdən
biridir. Mümkündür ki, innovasiya üzə-
rində işləyən mütəxəssislər çox yüksək
səviyyəli nəticələr əldə etsinlər, ancaq bu
firma tərəfindən tətbiq edilmə imkanın-
dan uzaq olsun. Bunu həm maddi, həm
də texniki baxımdan başa düşmək olar.
Buna görə də digər sahə mütəxəssisləri-
nin fikirlərinin nəzərə alınması vacibdir.
İnnovasiya əsaslı iqtisadi inkişaf və dövlət təşviqlərinin əhəmiyyəti
235
4) Application-yuxarıda da qeyd edildiyi
kimi yeniliklərin istehsalda tətbiqi yeni
ideyaları innovasiyaya çevirən ən vacib
xüsusiyyətdir. “Ən yaxşı fikir belə isti-
fadə olunmadıqca faydasızdır” prinsipi
üzərindən baxılırsa, nə qədər güclü və
inqilab yarada biləcək bir fikir olsa belə
bunun məhsula tətbiq edilib nəticələri
bazara təqdim edilmədikcə innovasiya
sayılmır.
İnnovasiya Əsaslı
İqtisadiyyatın Üstünlükləri
XX əsrin ortalarından bu yana inkişaf etmiş
dövlətlər güclü sənayelərinin olması və sə-
naye əsaslı iqtisadiyyata sahib olmaları ilə
xarakterizə olunurdu. Bu gün də iqtisadi in-
kişafa gedən yolun sənayeləşmədən keçdi-
yini söyləyənlər üstünlük təşkil edir. Am-
ma, son dövrlərdə əsas olaraq qloballaşma
və texnoloji yeniliklərin təsiri ilə inkişaf et-
miş ölkə iqtisadiyyatları sənaye əsaslı olmaq-
dan daha çox innovasiya əsaslı iqtisadiyya-
ta üstünlük verməyə başlamışdır. Innovasi-
yalar dəyər artırıcı rolu ilə iqtisadi böyümə-
yə gətirib çıxarır [1]. J. Fagerberg və M. Srholc
da tədqiqatlarında innovasiya sistemlərinin
iqtisadi inkişafda vacib rol oynadığını vur-
ğulayır [7]. Bəs innovasiya əsaslı iqtisadiy-
yat sənaye əsaslı iqtisadiyyatdan nə ilə fərq-
lənir və ya üstünlükləri nələrdir?
Bu sualın cavabı şəkil 3-də müqayisəli olaraq
göstərilmişdir. Belə ki, innovasiya əsaslı iq-
tisadiyyatda sənaye əsaslı iqtisadiyyatdan
fərqli olaraq xammal ideyalardır. Daha doğ-
rusu, yeni ideyaların istehsalatda tətbiqi ilə
təbii resurslardan, əmək və kapitaldan isti-
fadənin səmərəliliyi artırılır və bu yolla iq-
tisadi inkişafa nail olunur. Sənaye əsaslı iq-
tisadiyyatda kütləvi istehsal yoluyla müştə-
rilərə müraciət olunur. Ancak, innovasiya
əsaslı iqtisadiyyatda isə informasiya texno-
logiyalarından aktiv istifadə və məhsul dizay-
nında fərqiliklərin yaradılması, müştəri qrup-
larına fərqli dizaynda məhsullar təklif etmək-
ləştəri cəlb olunur.
Sənaye əsaslı iqtisadiyyatda istehsal nəhəng
korporasiyalar vasitəsilə həyata keçirilir və
iqtisadi inkişaf ciddi şəkildə nəhəng korpo-
rasiyaların fəaliyyətlərindən asılı hala gəlir.
Buna bu tip korporasiyaların öz maraqları-
na uyğun bazara və qiymətlərə təsir etməsi
də əlavə oluna bilinər. Halbuki, innovasiya
əsaslı iqtisadiyyatda iqtisadi inkişaf sahibkar-
lar və müstəqil agentlikərin şəbəkə fəaliyyət-
ləri vasitəsilə əlaqələndirilməsi və birgə fə-
aliyyəti nəticəsində əldə olunur. Digər tərəf-
dən, innovasiya əsaslı iqtisadi inkişafda uğur
göstəriciləri də fərqli əsaslara dayanır. Yəni,
sənaye əsaslı iqtisadiyyatlarda uğur yeni iş
yerlərinin yaradılması, keyfiyyətin yüksəl-
dilməsi, istehsal xərclərinin azaldılması, is-
tehsalda stabillik və bazara nəzarət sayıldığı
halda innovasiya əsaslı iqtisadiyyatlarda uğur
innovativlik səviyyəsi və innovasiyaya əsas-
lanan istehsal, müştəri ilə bütünləşmə kimi
başa düşülən “mass customization” dərəcəsi
və fəaliyyətlərdəki elastikliliklə ölçülür.
Digər tərəfdən innovasiya Porterin 4 mərhə-
ləli milli rəqabətliliyin inkişafı modelində
(Porter’s Four-Phase Model of National Com-
petitive Development) də önəmli yer tutur
[6,s.4-5]. Porter qeyd edir ki, rifah əsaslı milli
rəqabətlilik inkişafına nail olmanın yolu in-
novasiya əsaslı olan mərhələdən keçir. İqti-
sadi inkişaf baxımından da bu modelin tət-
biqi göstərir ki, bir ölkənin iqtisadi inkişafı
zamanla faktor əsaslı və investisiya əsaslı
mərhələlərdən keçir. Amma qlobal iqtisadi
rəqabətin çox güclü olduğu müasir dünya
iqtisadiyyatında firmaların uğur qazanma-
sının əsas yolu yeniliklərin tətbiqi və inno-
vasiyaların güclü şəkildə təşviqindən keçir.
Şəkil 3: Sənaye / İnnovasiya Əsaslı İqtisadiyyat
Altay İsmayılov, Xətai Alıyev
236
İnnovasiya əsaslı iqtisadi inkişaf modelinin
əsası qlobal rəqabət və əməkdaşlığa istinad
edir və məntiq olaraq iqtisadi inkişafa yük-
sək dəyərli “input”ların effektiv və innova-
siya tətbiqli istifadəsi nəticəsində daha yük-
sək gəlirli “output”lar yaratması yolu ilə əl-
də olunur [8,s.21]. Bundan başqa, innovasi-
ya əsaslı iqtisadi inkişaf modeli innovasiya
əsaslı qrupların dəstəklənməsi məqsədli el-
mə və infrastruktura investisiyalar vasitəsilə
məhsuldarlığın və adambaşına düşən milli
gəlirin artırılmasını hədəfləyir və modelin
performans göstəriciləri iş yerlərində keyfiy-
yət, maaş, gəlir artımı və innovativlik səviy-
yəsi iləəyyən olunur. Iqtisadi inkişafdan
məsul şəxslərin roluna gəlincə, innovasiya
əsaslı iqtisadi inkişaf modelində bu şəxslər
broker innovasiya şəbəkələrinin yaradılması,
ixtiraçılar, maliyyəçilər və sahibkarlar (trans-
formers) arasında fəaliyyətlərin əlaqələndi-
rilməsi sisteminin inkişaf etdirilməsinə fokus-
laşmış şəkildə fəaliyyət göstərməlidirlər.
Ümumiyyətlə, innovasiya əsaslı iqtisadiyyat
yüksək keyfiyyətli əmək amilinə sahib olması,
sənaye sahələrinin sürətli inkişafı və nəticə
olaraq da dünya bazarlarında rəqabətə da-
vamlı məhsulların istehsalı və ixracı ilə xarak-
terizə olunur. Günümüzdə texnoloji inkişa-
fın olduqca sürətli olduğu və rəqabətin günü-
gündən daha da gücləndiyi dünya bazarla-
rında əlbəttə ki, innovasiyaya dayanmadan,
yeniliklərin tətbiqini reallaşdırmadan rəqa-
bət qabiliyyətli məhsulların istehsal edilməsi
mümkünsüzdür. Aşağıdakı şəkil 4-də inno-
vasiya əsaslı iqtisadiyyat və dövlət təşviqləri
arasındakı əlaqə təsvir olunmuşdur.
İqtisadiyyatını innovasiyaya əsaslanaraq in-
kişaf etdirmək istəyən dövlətlər bu məqsədə
yönəlik sənayeləşmə siyasəti həyata keçir-
məlidirlər. Burada əsas məqsəd sənayedə in-
novasiyanın tətbiqini və innovativ sənaye
məhsullarının istehsalını artırmaqdır. Çünki,
bu gün Azərbaycan kimi inkişaf etməkdə
olan ölkələrdə iqtisadi inkişafa gedən yol
əsas olaraq sənayeləşmədən keçir. Bununla
belə, əvvəldə də qeyd etdiyimiz kimi inno-
vasiya prosesi sənayeləşmə xaricində digər
iqtisadi sektorlarda da uğurla tətbiq olun-
maqdadır. Sənayeləşmə siyasətinin özü də
innovasiyaların iqtisadiyyatda təqibi və ya-
radılan əlavə dəyərin təsiri ilə dəyişikliklərə
məruz qalaraq zamanla yenilənməyə məcbur-
dur. Yəni, innovasiya əsaslı iqtisadiyyata sa-
hib olmaq istəyən dövlət davamlı olaraq in-
novasiyaları təqib etməli, başqa dövlətlərin
təcrübələrini öyrənməli və innovasiyaların
iqtisadiyyatda tətbiqinə münbit şərait yarat-
malıdır.
Şəkil 4: İnnovasiya əsaslı iqtisadiyyat və dövlət təşviqləri
Mənbə: Andrew l. S. Goh. Towards an Innovation-Dri-
ven Economy through Industrial Policy-Making: An
Evolutionary Analysis of Singapore. The Innovation
Journal: The Public Sector Innovation Journal, Volume
10, No.3, s. 6, 2005
Azərbaycanda Mövcud İnnovasiya
Durumu və Dövlət Təşviqləri
Azərbaycanda innovasiya əsasli iqtisadiyya-
tın qurulması “Azərbaycan 2020: Gələcəyə
Baxış” inkişaf konsepsiyasında da gələcək
üçün əsas prioritet sahələrdən biri kimi nə-
zərdə tutulmuşdur [9]. Hazırda isə Milli Elm-
lər Akademiyası (AMEA) tərkibində Elmi İn-
novasiya Mərkəzi (EİM) fəaliyyət göstərmək-
dədir. Bu mərkəz nəzərdə tutulmuş məqsəd
və vəzifələri çərçivəsində innovasiyalarla
əlaqəli müxtəlif istiqamətli informasiya xid-
məti təklif edir və xarici elmi mərkəzlərlə bey-
nəlxalq əməkdaşlıqların qurulmasında da ak-
tiv fəaliyyət göstərir [10]. Bu mərkəz tərəfin-
dən rüblük olaraq “Elm və İnnovasiya” jur-
İnnovasiya əsaslı iqtisadi inkişaf və dövlət təşviqlərinin əhəmiyyəti
237
nalı da çap olunur və bu sahədə aparılan təd-
qiqatların nəşr olunması problemlərinin həl-
lində kifayət qədər ciddi rol oynayır. Bundan
başqa AMEA tərkibində 18-ə qədər elmi-təd-
qiqat mərkəzləri fəaliyyət göstərir.
Hazırda fəaliyyət göstərən elmi-tədqiqat mər-
kəzləri ölkədə innovasiya əsaslı iqtisadiyya-
ta keçid üçün güclü baza hesab oluna bilinər.
Buna baxmayaraq Azərbaycanın innovasi-
yalaşma dərəcəsinə görə dünyada heç də ar-
zuolunan yerdə olmadığını Qlobal İnnova-
siya İndeksinə (Global Innovation Index) əsa-
sən görə bilərik. 2007-ci ildən sonra iki illik
və illik olaraq dünya ölkələrinin innovasiya
dərəcəsini və dünya sıralamasında yerini
göstərən bu indeks vasitəsi ilə tam reallığı
görmək mümkün olmasa da Azərbaycanda
bu sahədə vəziyyətlə əlaqəli müəyyən təsəv-
vürə sahib olmaq olar [11] [12] [13] [14] [15] [16].
Daha dəqiq deyilərsə, 2007-ci ildə Azərbay-
can 7 üzərindən 2.40 balla dünya sıralama-
sında innovasiyalaşma dərəcəsinə görə 64-cü
yerdə qərarlaşmışdır. 2008-2009-cu illərdə
ölkənin innovasiyalaşma balını 3.14-ə yüksə-
lərək dünya sıralamasında 57-ci yerə yük-
səlmişdir. 2009-2010 nəticələri üçün ciddi bir
dəyişiklik baş verməmişdir və dünya sırala-
masında əvvəlki yerini qorumuşdur. Bunun-
la belə sonrakı illərdə 100 üzərindən hesabla-
nan innovasiyalaşma dərəcəsində Azərbay-
canın dünya sıralamasında yeri ciddi şəkildə
geriləyərək müvafiq olaraq 2011-ci ildə 29.17
balla 88-ci, 2012-ci ildə 30.4 balla 89-cu, və
2013-cü ildə 28.99 balla 105-ci yerdə qərarlaş-
mışdır.
Aşağıdakı cədvəldə Azərbaycanın innovasi-
yalaşma dərəcəsinə təsir edən əsas sosial-iq-
tisadi faktorlar üzrə 2013-cü ilin statistikası
verilmişdir. Göründüyü kimi, 141 ölkə ara-
sında Azərbaycanın yeri çox aşağıdır. Bunun-
la belə, əhalinin hər milyon nəfərinəşən
tədqiqatçı sayı kifayət qədər yüksəkdir ki,
bu da məhsuldarlıq və ya tətbiq probleminin
olduğuna işarədir.
Cədvəl 1: Mövcud innovasiya vəziyyəti: əsas göstəricilər
Kateqoriya üzrə Bal (100 üzərindən) Dünya sıralamasında yeri
İnsan kapitalı & tədqiqat 25.5 94
Təhsil 41.16 99
Təhsil xərcləri (UMM %) 2.9 94
Araşdırma və Tədqiqat (R&D) 11.1 63
Tədqiqatçı sayı (milyon nəfərə) 1217.8 48
R&D xərcləmələri (ÜDM %) 0.2 73
İKT 29.1 84
İKT-ə çıxış və istifadə 46.3 69
Savadlı iş gücü 29.9 115
Bilgi əsaslı məşğulluq 20.3 62
Treyninqlər təklif edən firmalar (%) 10.5 105
Biznes tərəfindən R&D reallaşdırma (ÜDM %) 0.1 66
Universitet-Sənaye əməkdaşlığı 40.5 80
Bilgi & Texnoloji istehsal 13.7 126
Bilgi effekti 17.9 118
Yüksək və orta texnologiyalı firmalar (%) 6.8 82
Yaradıcı məhsul istehsalı (creative outputs) 32.1 94
Mənbə: Global Innovation Index 2013
Azərbaycanda fəaliyyət göstərən firma və
sahibkarlıq subyektlərinin əksər hallarda həc-
mcə kiçik olması, böyük olanların isə çox hal-
larda daxili bazarda rəqabətin yoxluğu və
ya zəif olması səbəbilə milli firma səviyyəli
innovasiya təşəbbüsləri azlıq təşkil edir. Möv-
cud təşəbbüslər isə adətən ölkədə fəaliyyət
göstərən xarici firmalar tərəfindən reallaşdı-
rılır. Bununla belə, ölkədə orta yaşlı və əsa-
sən xarici ölkələrdə ali təhsil alıb gəlmiş gənc-
lər qrupu mövcuddur ki, yararlanıldığı hal-
da iqtisadiyyatda, xüsusən də texniki sahə-
Altay İsmayılov, Xətai Alıyev
238
də innovasiya təşəbbüslərinin ciddi artması
ilə nəticələnə bilər.
Azərbaycanda ilkin araşdırma və ideyalar
kifayət qədər mövcuddur. Bununla belə, bu
ideyalar bazasında tətbiqi araşdırmaların apa-
rılması sahəsində ciddi problemlərin oldu-
ğunu desək yanılmarıq. Mövcud innovativ
ideyalar əksər hallarda ilkin araşdırma mər-
hələsindən irəli gedə bimir. Buna səbəb bey-
nəlxalq informasiya mərkəzlərinə çıxışların
çətinliyi və tətbiqi araşdırma aparmaq üçün
lazım olan infrastrukturun yaradılmasında
qarşıya çıxan maddi-texniki problemlərdir.
Hətta tətbiqi araşdırma mərhələsini də keç-
məyə müvəffəq olan innovativ ideyalar iqti-
sadiyyata qazandırılmaq üçün lazım olan
investisiya qıtlığı səbəbindən sadəcə plan və
ya ixtira olaraq qalır.
Innovasiya prosesini və innovasiya əsaslı iq-
tisadiyyatın üstünlüklərindən bəhs edərkən
ağıla gələn suallardan bəlkə də birincisi isteh-
salatda və iqtisadi inkişafda innovasiyaların
rolunun necə yüksəldilməsidir. Daha dəqiq
desək, bu məqsədə xidmət edəcək dövlət təş-
viqlərinin forma və əhatə dairəsinin necə ola-
cağı müzakirə mövzularından biridir. Elmi
tədqiqatlara ayrılan vəsaitlərin artırılması ilə
bağlı təkliflər daha ciddi əhəmiyyət kəsb et-
məkdədir. Bununla belə, innovasiya prose-
sinin mərhələli analizindən də gördüyümüz
kimi elmi tədqiqatlar və belə tədqiqatların
nəticələri innovasiya prosesinin sadəcə ilkin
mərhələsi içində yer alır və tətbiq olunma-
dığı müddətdə innovasiya hesab edilmir.
Zənnimizcə, innovasiya əsaslı iqtisadiyyatın
inkişaf etdirilməsinə xidmət edəcək təkliflər
innovasiya prosesi konteksində bu prosesi
sürətləndirən, innovasiyaların tətbiqinə ma-
rağı yüksəldən və prosesin irəliləməsinə ma-
neə olan səbəblərin aradan qaldırılmasına
hədəflənməlidir. Hər şey mövcud problem-
lərin həllinə istiqamətlənmiş yeni fikir və ya
ideyaların ortaya çıxmasından başladığı üçün
atılmalı olan ilk addım ideya sahibi və ya
yaradıcı şəxslərin “kəşf edilməsi” və bu in-
sanlar üçün lazımı münbit şəraitin yaradıl-
masıdır. Misal olaraq, universitet-sənaye əla-
qələrinin inkişaf etdirilməsi sayəsində güclü
nəzəri biliklərə sahib olan gənclərin və elm
adamlarının potensialından effektiv şəkildə
istifadə etmək olar. Üniversitetlərin milli in-
novasiya sistemləri daxilində effektivliliyi
aparılmış araşdırmalarda da öz təsdiqini tap-
mışdır [17] [18]. Burada əsas amil istehsalçı
firmaların ehtiyacları çərçivəsində sifarişlə-
rin universitetlərə verilməsi və eyni zaman-
da innovasiya ilə məşqul olan insanların la-
zım olan maddi-texniki baza ilə tam təmin
edilməsidir.
Digər həlli vacib olan məsələ ixtisaslaşdırıl-
mış elmi tədqiqat mərkəzlərinin yaradılması,
mövcud mərkəzlərin fəaliyyətinin güclən-
dirilməsi, bu tip mərkəzlərin 24 saat tam və
ya yarı aktiv fəaliyyətinin təşkil olunması,
tədqiqat aparmaq istəyən, elmi dərəcəsindən
asılı olmayaraq istənilən şəxslər üçün bu mər-
kəzlərin açıq və ödənişsiz olması və beynəl-
xalq ödənişli database və axtarış sistemləri-
nə çıxışların təmini vacibdir. Şübhəsiz bu
tip mərkəzlərin maddi-texniki bazalarının
da olduqdca yüksək olması və tədqiatçılara
mərkəzin imkanlarından necə daha effektiv
istifadə edə bilməsi ilə bağlı yazılı və şifahi
məlumatlandırma imkanlarının olması da
olduqca vacibdir.
İnnovasiya yalnız və yalnız yeni ideyaların
inkişaf etdirilərək testlərdən keçirildikdən
sonra istehsalatda tətbiqi sayıldığı üçün bu
məqsədə xidmət edəcək yeni bir mexanizm
işlənib hazırlanılmalıdır. Yəni əlaqədar təş-
kilatlar və dövlət bir tərəfdən innovativ ide-
yaların ortaya çıxması və tətbiqi tədqiqatla-
rın aparılması üçün münbit şərait yaratmalı,
digər tərəfdən də bu innovativ ideyaların is-
tehsalatda tətbiqinin intensivləşdirilməsi üçün
lazım olan mexanizmi işləyib hazırlamalı və
effektiv icrasını təmin etməlidir. Bu məqalə-
də əsas təklif olaraq, qısaca bu məqsədə xid-
mət edəcək sadə və effektiv bir mexanizm
olan Broker-Dövlət Mexanzimi təklifi üzərin-
də durulmuşdur..
İnnovasiya əsaslı iqtisadi inkişaf və dövlət təşviqlərinin əhəmiyyəti
239
Azərbaycan üçün Broker-Dövlət
Mexanizmi təklifi
Bu mexanizmin əsas məntiqi dövlətin inno-
vasiya prosesində effektiv broker rolunun
təşkilidir. Amma buradakı broker anlayışı
normal broker anlayışından fərqlənir. Belə
ki, brokerlər gəlir məqsədli fəaliyyət göstə-
rib əlaqələndirdiyi şəxslərdən qazanc əldə
edir. Broker-dövlət mexanizmində isə tam
əksinə əlaqələndirilən digər hər iki tərəf heç
bir ödəniş etmədən fəaliyyətlərini birləşdirir.
Əlavə olaraq, innovativ ideyaları təklif edən
şəxslər dövlət tərəfindən ideyaları qarşılığın-
da maddi təminat da alır. Aşağıda broker-
dövlət mexanizminin işləyiş sistemi sxeması
təsvir olunmuşdur. Mexanizmin işləyişinin
daha yaxşı başa düşülməsi üçün şərh edil-
məsi məqsədə uyğundur.
Bu mexanizmin əsas iştirakçıları 3 qrupdan
ibarət olmaqla, “innovativ ideya sahibi olan
şəxslər”, “fərdi sahibkarlar və hüquqi şəxs-
lər” və bu ikisi arasında fəaliyyətlərin əla-
qələndirilməsi və innovasiyaların tətbiqinin
sürətləndirilməsi funksiyasını daşıyan əsas
fiqur olan “dövlət”dir. Yuxarıda da qeyd edil-
diyi kimi dövlət ilk mərhələdə innovativ ide-
yaların ortaya çıxması üçün münbit şərait
yaratmaq məqsədilə elmi-tədqiqat mərkəz-
ləri yaratmalı, maddi-texniki baza ilə təmin
etməli, beynəlxalq informasiya şəbəkələrinə
çıxışı təmin etməli və mərkəzlərin fəaliyyəti-
nin gücləndirilməsi məqsədi ilə ölkə daxili
universitetlər və araşdırma instutları ilə sıx
əlaqələr qurulmasına nail olmalıdır. Ən önəm-
lisi isə, bu mərkəzlər bütün şəxslərəıq və
istifadəyə pulsuz olmalıdır.
İkinci mərhələdə dövlət innovativ ideya sa-
hibi olan şəxslər və ya qurumların fikirlərini
əyyən miqdarda maddi ödəniş qarşılığın-
da alır və sahibkarlara istehsalatda tətbiq edil-
mə təminatı qarşılığında pulsuz olaraq tək-
lif edir. Əlbəttə ki, ideya sahibi şəxslərə və
ya qurumlara təklif olunan maddi qarşılıq
məmnun edici dərəcədə olmalı və gələcək
araşdırmalara həvəsləndirici xarakter daşı-
malıdır. Sahibkarlar isə əldə etdikləri bu ide-
yaları ehtiyac olarsa ideya sahibi şəxslərlə
əməkdaşlıq şəraitində prototiplərə çevirməli
və ya tətbiqinə investisiya qoyaraq innova-
siyanın istehsalına başlayıb bazara çıxarma-
lıdır. Bu mexanizmin işləyişində sonuncu-
üçüncü mərhələdə sahibkarlar innovasiya
ilə əlaqədar bazardan və istehlakçılardan gə-
lən irad və təklifləri (feedbacks) analiz edə-
rək ehtiyac olarsa innovasiya sahibi şəxslə-
rə bildirir. Nəticə olaraq da innovasiya üzə-
rində dəyişikliklər edilərək yeni modellər
hazırlanır və ya mövcud innovasiya inkişaf
etdirilərək yenidən bazara təqdim olunur.
Təbii ki bu prosses əsnasında yeni innovativ
ideya və fikirlərin fikri mülkiyyət haqlarının
qorunması, patent məsələləri də məqsədə uy-
ğun şəkildə tənzimlənməlidir.
Nəticə
Bu tədqiqatda Azərbaycan üçün gələcəkdə
innovasiya əsaslı iqtisadiyyatın inkişafına
istiqamətlənmiş dövlət dəstəyi mexanizmi-
nin hazırlanmasında istifadə oluna biləcək
faydalı nəticələr əldə edilmişdir. Birinci növ-
bədə innovasiya terminin aydın izahı, inno-
vasiya prosesinin mərhələli şərhi və innova-
siya əsaslı iqtisadi inkişafın təsviri Azərbay-
canda bu sahə ilə əlaqədar mövcüd vəziyyə-
tin daha aydın görülməsinə şərait yaradır.
Qlobal Innovasiya indeksinə əsaslanaraq Azər-
baycanın innovasiyalaşma dərəcəsinin və bu
Altay İsmayılov, Xətai Alıyev
240
sahədə dünya sıralamasındakı yerinin mü-
zakirə olunması ölkədəki mövcud vəziyyəti
daha dəqiq anlamağa imkan verir. Sonda isə
Azərbaycan üçün yeni bir təklif kimi proses
innovasiyasının başlanğıcı ola biləcək inno-
vasiyalara dövlət dəstəyi mexanizmi ideyası
olan "Broker Dövlət Mexanizmi" təklif olun-
muşdur ki, bu da innovasiya siyasətini mü-
əyyənləşdirən dövlət qurumlarının istifadəsi
baxımından olduqca əhəmiyyətlidir.
MƏNBƏLƏR
1. Andrew l. S. Goh. Towards an Innovation-Driven
Economy through Industrial Policy-Making: An
Evolutionary Analysis of Singapore. The Innova-
tion Journal: The Public Sector Innovation Jour-
nal, Volume 10, No.3, ss. 1-22, 2005
2. Christine Greenhalgh, Mark Rogers. Innovation,
Intellectual Property, and Economic Growth. Pri
nceton University Press, 2010
3. The Bay Area Council Economic Institute. The
Innovation Driven Economic Development Mo-
del: a Practical Guide for the Regional Innovation
Broker. September, 2008, http://www.bayareaeco
nomy.org/media/files/pdf/InnovationDrivenEco
nomicDevelopmentModel-final.pdf
4. A. Szirmai, W. Naudé, M. Goedhuys. Entreprene
urship, Innovation, and Economic Development.
Oxford University Press, 2011, s.5. 2.s 4
5. F. Boekema, K. Morgan, S. Bakkers, R. Rutten.
Introduction to Learning Regions: a New Issue for
Analysis?, in ed. F Boekema. Knowledge, Inno-
vation and Economic Growth: the Theory and
Practice of Learning regions. Edward Elgar Pub-
lishing Inc., 2001
6. A. K. Varoglu, A. R. Koker. The Relationship bet
ween the Degree of Innovation and the Develop-
ment Level of a Country. in ed. N. Aydogan. In-
novation Policies, Business Creation and Econo-
mic Development: a Comparative Approach. Sp-
ringer, 2009
7. N.M.Wijnberg. Innovation and Organization: Value
and Competition in Selection Systems. Organiza
tion Studies, Vol. 25, No. 8, s. 1469-1490, 2004
8. D.C.Mowery, B.N.Sampat. Universities in Natio-
nal Innovation Systems. Ed. J. Fagerberg, D. C.
Mowery, R. Nelson. The Oxford Handbook of In-
novation. Oxford University Press, s. 209-240, 2005
9. “Azerbaijan 2020: Look into the Future” Concept
of Development”.
10. “EİM-ın Fəaliyyəti və Vəzifələri”, http://innova
siya.az/page/number/2.html
11. Soumitra Dutta, Simon Cauklin. The World’s Top
Innovators: Global Innovation Index 2007. INSE
AD, 2007.
12. Soumitra Dutta. Global Innovation Index, 2008-
2009, INSEAD, 2009.
13. Soumitra Dutta. Global Innovation Index, 2009-
2010, INSEAD, 2010.
14. Soumitra Dutta. Global Innovation Index, 2011:
Accelerating Growth and Development, INSEAD,
2011
15. Soumitra Dutta. Global Innovation Index, 2012:
Stronger Innovation Linkages for Global Growth,
INSEAD, 2012.
16. Soumitra Dutta, Bruno Lanvin. The Global Inno-
vation Index 2013: The Local Dynamics of Inno-
vation, INSEAD, 2013.
17. J. Youtiea, P. Shapira. Building an Innovation Hub:
a Case Study of the Transformation of University
Roles in Regional Technological and Economic
Development. Research Policy, Vol. 37, s. 1188–
1204, 2008
18. J. Fagerberg, M. Srholec. National Innovation Sys-
tems, Capabilities and Economic Development.
Research Policy. Vol. 37 s. 1417–1435, 2008
... The creation, acquisition, and application of knowledge-intensive information are crucial factors for socio-economic development and global competition. 2 ( Guijarro, Garcia and Auken, 2009) In addition to innovations, factors such as controlled financial management, effective marketing strategies, optimal regulation of industrial processes, rapid adaptation to technological advancements, and efficient activity monitoring play significant roles in a firm's competitiveness. Furthermore, identifying customer needs and the changing demands of the market, and adjusting activities accordingly, also impacts competitiveness. ...
Article
Full-text available
Innovation plays a crucial role as a driver of competitiveness for firms, enabling them to differentiate themselves in the marketplace and sustain long-term growth. In an increasingly globalized economy, the ability to innovate is often the deciding factor between success and stagnation. Firms that prioritize innovation can develop new products, services, and processes that meet changing consumer demands, improve efficiency, and reduce costs.Moreover, innovation contributes to internal efficiency by streamlining operations and introducing automation. This not only lowers production costs but also allows companies to adapt quickly to new trends and challenges, keeping them ahead of slower-moving competitors. Investment in research and development (R&D) is a common practice among competitive firms, as it fuels the discovery of breakthrough technologies and incremental improvements that maintain a company's edge. Companies must also stay aware of external factors, such as market regulations and economic shifts, that can influence the success of innovative initiatives. In conclusion, innovation is a fundamental component of a firm's competitiveness. Companies that successfully integrate innovation into their strategic approach can differentiate themselves, respond effectively to market changes, and secure a leadership position within their industry.
Chapter
The importance of the agricultural sector in the economy of Azerbaijan is high. This sector has always been at the center of economic reforms by the government. This chapter overviews economic and trade policies of the government focused on the development of agricultural production since 1991. Authors carry out analysis of policy changes during separate development stages. The research output presents agricultural policy before the oil boom as mainly devoted to achieving structural transformation from centrally planned economy to the market environment. Within the oil boom period, the government provided substantial fiscal and technical support to the agricultural sector as well as applied tax incentives to farmers but did not pay attention to the transformation from family farming to medium and large-scale production. However, fiscal and macroeconomic challenges of post-oil boom period forced the government to focus on increasing efficiency of the subsidies and incentives and implementation of further agricultural reforms.
Article
Full-text available
This chapter introduces the book by providing a brief background on what is known about the impact and determinants of innovation and the importance of policy and the institutional environment for fostering innovation. It also provides a summary of the key contributions of the various chapters, pointing out that these provide perspectives on three broad questions pertaining to innovation and entrepreneurship in developing countries: How does innovation impact on development? How, and under what conditions, do entrepreneurs in developing countries innovate? What can be done to support innovation by entrepreneurs in developing countries? © United Nations University-World Institute for Development Economics Research (UNU-WIDER), 2011. All rights reserved.
Article
Full-text available
New definitions are proposed for the concepts 'innovation' and 'organization' by looking at the concepts in terms of value and competition and using the framework of the selection system. Also, new definitions are proposed for 'importance of an innovation' and 'stylistic innovation'. Some results can be directly derived from the definitions, such as that economic entities can exist that are organizations in the perception of the individual members and groups of competing actors in the perception of others. Together the new definitions provide a foundation for a better understanding of not just the concepts themselves but also of the relationships between the type and importance of innovations and the most likely characteristics of successful innovators.
Article
This article examines the roles of universities in industrial-economy national innovation systems, the complex institutional landscapes that influence the creation, development, and dissemination of innovations. The inclusion of a article on university research in a volume on innovation is itself an innovation-it is likely that a similar handbook published two decades ago would have devoted far less attention to the role of universities in industrial innovation. But scholarship on the role of universities in the innovation process, as opposed to their role in basic research, has grown rapidly since 1970. One important theme in this research is the reconceptualization of universities as important institutional actors in national and regional systems of innovation. Rather than "ivory towers" devoted to the pursuit of knowledge for its own sake, a growing number of industrial-economy and developingeconomy governments seek to use universities as instruments for knowledge-based economic development and change.
Book
What drives innovation? How does it contribute to the growth of firms, industries, and economies? And do intellectual property rights help or hurt innovation and growth? Uniquely combining microeconomics, macroeconomics, and theory with empirical analysis drawn from the United States and Europe, this book introduces graduate students and advanced undergraduates to the complex process of innovation. By addressing all the major dimensions of innovation in a single text, Christine Greenhalgh and Mark Rogers are able to show how outcomes at the microlevel feed through to the macro-outcomes that in.
Article
INSEAD and the World Intellectual Property Organization (WIPO, a specialized agency of the United Nations) co-publish The Global Innovation Index (GII) since 2012. This year in its fifth edition, the GII was previously published by INSEAD. The GII recognizes the key role of innovation as a driver of economic growth and prosperity and acknowledges the need for a broad horizontal vision of innovation that is applicable to both developed and emerging economies, with the inclusion of indicators that go beyond the traditional measures of innovation (such as the level of research and development in a given country). The GII has evolved into a valuable benchmarking tool to facilitate public-private dialogue, whereby policymakers, business leaders and other stakeholders can evaluate progress on a continual basis.